İranda etirazlarla bağlı ilk ölüm hökmü çıxarıldı
İranda hazırda davam edən etirazlar çərçivəsində saxlanılan bir şəxs barəsində ilk ölüm hökmü çıxarılıb.
Bu barədə məlumatı İranın “Mizan Online” hüquq qəzeti yayıb.
Məlumata görə, adı açıqlanmayan həmin şəxs hökumət binasının yandırılmasında və ictimai asayişin pozulmasından ittiham olunub.
Bununla yanaşı, etirazlar zamanı saxlanılan daha 5 nəfər barəsində “milli təhlükəsizlik və ictimai asayişin pozulması” ittihamları əsasında 5 ildən 10 ilə qədər həbs qərarı verilib.
Xatırladaq ki, car ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər. Aksiyalar zamanı 15 000-dən çox etirazçı saxlanılıb.
Qeyd edək ki, “Iran Human Rights” təşkilatının məlumatına görə, İranda etiraz aksiyaları zamanı azı 326 nəfər həlak olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2022, 15:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər