FHN dənizdə batanları niyə xilas edə bilmir?
Dünən səhəri yeni acı xəbərlə açdıq. Belə ki, Xəzər dənizi daha 4 nəfər gənci öz ağuşuna almışdı. Həm də bu, həmin gün üçün yaşanan yeganə faciə deyildi. Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində 4 dostun boğulması ilə yanaşı, Abşeron çimərliklərində daha iki gənc də suda boğulmuşdu.
Bir gündə 6 gənci itirdik. Bu, hələ rəsmi olan açıqlamadır. Bəlkə, itkimiz daha artıq olub, sadəcə biz bilmirik. Amma bir gündə 6 nəfərin itkisi də dəhşətli faciədir. Bu, təkcə ölən gənclərin ailələri, yaxınları üçün deyil, xalqımız, dövlətimiz adına böyük faciədir. Sadəcə, biz toplum olaraq bu faciənin böyüklüyünü dərk etməkdə çətinlik çəkirik. Bəzi hallarda isə “üzə bilmirdilər, suya girməzdilər” deyərək, məsuliyyəti ölən şəxslərin üzərinə atmağa çalışırıq.
O cümlədən, rəsmi qurumlar da “hadisə qeyri-çimərlik (nəzarətsiz) ərazidə baş verib” deyə məsuliyyətdən boyun qaçırmağa çalışır. Bir gündə 6 nəfərin ölümü ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasına diqqət edək: “Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfər, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər batıb”.
Daha sonra isə bildirilir ki, bu barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.
Göründüyü kimi, FHN 6 gəncin hər birinin “qeyri-çimərlik” ərazidə batdığını bəyan edərək, dolayısı ilə onların ölümü ilə bağlı məsuliyyət daşımadığını bildirir. Birincisi, “qeyri-çimərlik” və yaxud “nəzarətsiz ərazi” ifadələri tamamilə absurddur. İkincisi, hətta belə olsa da, nazirlik həmin gənclərin ölümü ilə bağlı məsuliyyətdən boyun qaçıra bilməz. Kimsəyə sirr deyil ki, çimərliklərdə insanların təhlükəsizliyini təmin etmək məqsədilə FHN-ə dövlət büdcəsində külli miqdarda vəsait ayrılır. Hansı ki, bu pullar hesabına xüsusən də yay aylarında əlavə xilasedicilər işə cəlb olunmalı, çimərliklərdə müşahidə qüllələri qurulmalı, batmaqda olan insanı vaxtında xilas etmək üçün sürətli kater və qayıqlar alınmalıdır.
Bəs, görəsən, bu vəsait təyinatı üzrə xərclənirmi? Bu suala az sonra cavab verəcəyik. Hələlik isə FHN-nin “qeyri-çimərlik” ərazi iddialarına münasibətimizi açıqlayaq.
Yuxarıda da qeyd etdiyimiz kimi, sözügedən 6 nəfərin “qeyri-çimərlik” ərazidə boğulması iddiası yanlışdır. Məsələn, Kürdəxanıda 4 dostun boğulması faktına diqqət yetirək. Rəsmi məlumata əsasən, əvvəlcə sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə giriblər. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Bəlopba Babayev dənizdə boğularaq ölüb. Dəhşətli hadisədə ölənlər dost olublar və hamısı Kürdəxanı sakinləridir.
Kürdəxanı sakinləri deyir ki, kifayət qədər yetişkin olan bu gənclər heç də nəzarətsiz ərazidə çimməyiblər. Qəsəbə sakinləri uzun illərdir həmin ərazidən çimərlik kimi istifadə edir və onlara heç bir rəsmi qurum buranın “nəzarətsiz ərazi” olduğunu bildirməyib. O cümlədən, bu yerin “qeyri-çimərlik” ərazisi olduğu haqda da hər hansı xəbərdaredici nişan mövcud deyil. Belə olan halda, FHN hansı məntiqlə sözügedən ərazini “qeyri-çimərlik ərazisi” adlandıra bilər?!
Bütün bunlarla yanaşı, daha bir vacib məsələ də diqqətdən qaçmamalıdır. Bəlli olduğu kimi, hazırda Xəzər dənizi məmurlar və onların yaxın adamları tərəfindən 4 tərəfdən hasara alınıb. Bununla da çimərlik üçün yararlı olan əksər ərazilərə giriş pullu olub. Doğrudur, rəsmi qurumlar Azərbaycanda çimərliklərə girişin pulsuz olduğunu bildirir. Amma reallıq tamamailə fərqlidir. Elə bu səbəbdən də, bəzi hallarda vətəndaşlar çimərlik üçün daha münasib ərazilərdə hansısa “qoluzorlu”nun artıq sözünü eşitməmək üçün FHN-nin “qeyri-çimərlik ərazisi” adlandırdığı çimərliklərə üstünlük verirlər. Bu ərazilərdə isə nazirliyin xilasediciləri fəaliyyət göstərmədiyindən, bəzi hallarda faciələri önləmək mümkün olmur. Bu isə dolayısı ilə yuxarıda cavabsız qoyduğumuz suala aydınlıq gətirir.
Yəni çox təəssüf ki, FHN əsasən ətrafında bahalı restoranlar olan və daha çox “pullu çimərlik” kimi fəaliyyət göstərən ərazilərdə müşahidə qüllələri qurub, xilasedicilər yerləşdirdiyindən, digər çimərliklər tamamilə nəzarətsiz qalır. Halbuki, FHN-nin missiyası bütün çimərliklərdə təhlükəsizliyi qorumaqdır. Bunun üçün büdcədən külli miqdarda vəsait ayrıldığına, lakin həmin pulun təyinatı üzrə xərclənmədiyinə də şübhə etmirik...
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-07-2019, 12:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-07-2019, 12:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29