reklam
Regionxeberlericom.az » Araşdırma » “AQTA elə edir ki, heç kim ona müraciət etməsin” – Yalançı ANALİZLƏR

reklam

“AQTA elə edir ki, heç kim ona müraciət etməsin” – Yalançı ANALİZLƏR















“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sifarişlə həyata keçirdiyi bütün laborator analizlər üçün pul tələb edir”.

Bunu Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Əyyub Hüseynov söyləyib.

O, əlavə edib ki, ekspertizalar təmənnasız olsa daha yaxşı olar:

“Hər həftə bizə 3-4 telefon zəngi gəlir ki, “suyu harda yoxlatdırım”, “yağı harda yoxlatdırım” və sair. Mən də onları 1003 qaynar telefon xəttinə yönləndirirəm. Amma bütün hallarda narazılıq çoxdur. Çünki, AQTA analizləri çox baha qiymətə aparır. Mən AQTA yanında İctimai Şuranın üzvü və İctiami Birliyin sədri olaraq dəfələrlə məsələ qaldırmışam ki, heç olmasa Azad İstehlakçılar İB-nin verdiyi nümunələr təmənnasız ekspertiza olunsun. Bu istəyimizə də nail ola bilməmişik”.

Sədr məsələnin digər maraqlı tərəfinə də toxundu:

“AQTA-nın verdiyi analizin nəticələri də anlaşılan olmur. Bilərəkdən və yaxud bilməyərəkdən elə cavab yazırlar ki, sadə istehlakçı oxuyanda heç nə başa düşə bilmir. Bu da onu göstərir ki, AQTA öz üzərinə məsuliyyət götürmək istəmir. Bu da bəlkə də onunla bağlıdır ki, bəzi şirkətləri AQTA bilərəkdən müdafiə edir. Bir sözlə, Azərbaycanda ekspertiza məsələsi çox bərbad gündədir. 25 ildə ekspertiza edən laboratoriyalardan bir dənə normal cavab ala bilməmişəm. Ən pisi də odur ki, çox zaman verilən cavabların altında imza, üstündə möhür olmur”.

Əyyub Hüseynov bildirdi ki, burda bir incə məqam var:

“Hansısa dövlət qurumu tərəfinfən sertifikat almış ixtiyari müəssisənin məhsulu barədə mənfi rəy verməyə heç bir dövlət təşkilatının iradəsi çatmır. Nəticədə, keyfiyyətsiz məhsullar bazara dolur, istehlakçı hüquqları çox ciddi şəkildə pozulur”.

Səsləndirilinən iradlarla bağlı AQTA ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Bizim.Media-ya bildirildi ki, heç də bütün analizlər pullu deyil:

“İstehlakçıların müraciətləri təmənnasız və ödənişsiz həyata keçirilir. Ümumiyyətlə səsləndirilən fikirlərlə bağlı yaxın günlərdə Bizim.Media-ya ətraflı cavab veriləcək”.

Ona görə də mövzunu gündəmdə saxlayayırıq.




Paylaş:


Müəllif : Tarix:
18-11-2022, 14:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər