Şəki rayon sakininin şikayəti barədə DİN-nin mətbuat xidməti açıqlama verdi
Daxili İşlər Nazirliyi Şəki rayonunun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəlinin
mətbuatda dərc edilən şikayəti ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Sadiq Əbdürəhimovun ona məxsus pay torpaq sahəsində kənar şəxslər tərəfindən mal-qara otarılması ilə bağlı rayon polis şöbəsinə etdiyi müraciət əsasında araşdırma aparılıb və heyvanlara nəzarət edən şəxs Musa Xudiyev inzibati məsuliyyətə cəlb edilib.
Vətəndaşın kütləvi informasiya vasitələrində də yayımlanan təkrar şikayəti əsasında S.Əbdürəhimov polis şöbəsinə dəvət edilib, müraciəti dinlənilib və ona maddi ziyan vuran şəxs barəsində görülən qanunamüvafiq tədbirlər barədə məlumat verilib. Mal-qaranın sahibi olduğu qeyd edilən Cabir Həsrətli isə rayon polis şöbəsinə dəvət edilib və hazırda araşdırma aparılır.
Qeyd edək ki, ötən il də S.Əbdürəhimov eyniməzmunlu şikayətlə polis şöbəsinə müraciət etmişdi. Şikayət əsasında ona məxsus torpaq sahəsində mal-qara otaran şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilmiş və zərərçəkənə dəymiş maddi ziyan ödətdirilmişdi.
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:21-11-2022, 17:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər