reklam
Regionxeberlericom.az » Araşdırma » “KAT Holdinq”in rəhbərinə hökm oxundu

reklam

“KAT Holdinq”in rəhbərinə hökm oxundu
















Dələduzluq ittihamı ilə həbs edilən “KAT Holdinq”in rəhbəri Elçin Ələkbərovun  cəzası bəlli olub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.Ələkbərov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Kat Holdinq” Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) binalarını inşa edirdi. Bir müddət öncə layihənin Yasamal Yaşayış Kompleksində satılan mənzillərində problem olması, tikintinin tam yekunlaşmaması barədə iddialar yayılmışdı. MİDA isə narazılıq olan binaların onlara aid olmadığını bildirmişdi.

Xatırladaq ki, Azərbaycanda bizneslə məşğul olan Litva vətəndaşı Povilas Pociusa “KAT Holdinq”lə müqavilə imzalayaraq 3,5 milyon manat ödəniş edib və əvəzində holdinqin 50 faizi payına sahib olub. “KAT Holdinq”lə Povilas Pociusa arasında inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin veriləcəyinə dair müqavilə imzalanıb, həmçinin şirkətin balansında olan zavod da girov qoyulub. Binaların tikintisinin yekunlaşmasına az qalmış Povilas Pociusa pulunu geri istəyib və prokurorluğa şikayət edib. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Elçin Ələkbərova qarşı ittiham irəli sürülüb və o həbs edilib. Dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə təqribən 5,9 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.




Paylaş:


Müəllif : Tarix:
12-12-2022, 18:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər