Rusiya BMT-də Laçın dəhlizi ilə bağlı bəyanatın niyə əleyhinə olub? – Səbəb açıqlandı
“Rusiya BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı bəyanatını qəbul etməyib, çünki Fransa Rusiya tərəfinin təkliflərinin əksəriyyətinə məhəl qoymayıb”.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
O, həmçinin qeyd edib ki, ölkəsi əvvəldən bu məsələnin konstruktiv həlli istiqamətində addımlar atıb: “İrəvanın tələbi ilə bu proses Fransa tərəfindən koordinasiya edilib. Fransa Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayıb. Qərb ölkələri münaqişə vəziyyətinin həllindən daha çox Təhlükəsizlik Şurasının hər hansı bir sənədinin qəbulu ilə maraqlanırdılar. Biz qəti şəkildə inanırıq ki, Şuranın sənədi heç bir tərəfi günahlandırmadan kompromis tapmağa və sülh prosesini bərpa etməyə kömək etməlidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-01-2023, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər