reklam
Regionxeberlericom.az » Araşdırma » Müştəri “Zeytun”dakı dərmanların qeydiyyatsız olduğunu belə üzə çıxardı

reklam

Müştəri “Zeytun”dakı dərmanların qeydiyyatsız olduğunu belə üzə çıxardı
















“Zeytun Aptek”də qeydiyyatsız dərman satışına görə açılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yasamal Rayon Məhkəməsində baxılan işin araşdırmaları zamanı məlum olub ki, ixtisasca həkim olan Yusif Qədirov (şərti) “Zeytun Pharmaceuticals" MMC-nin Yasamalda yerləşən "Zeytun-469" adlı aptekində satıcı kimi işləyib. O, "Dərman vasitələri haqqında" Qanunun tələblərinə zidd olaraq, Azərbaycanda qeydiyyatdan keçirilməmiş dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olub.

Qeyri-müəyyən mənbədən əldə edilən dərmanların satışı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən üzə çıxarılıb. Belə ki, aptekdən "Xarelto", “Femara Novartis", “Estrofem", “Anti-asidoz" və “Proluton" kimi dərmanlar alan bir müştəri dərmanların qeydiyyatsız olduğunu görüb polisə müraciət edib. Müraciəti BMCMİ nəzarətə götürüb. Aptekdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində dövlət qeydiyyatdan keçirilməmiş “Paxil", “Ventolin", "Janumet", “Triplixam”, "Forziga", “Rytmonorm", “Kardura", “Devit-3", "Estrofem", "Norvasc", "Dideral", “Cialis", "Viagra", “Kestine", “Zirtek", "İsoptin" markalı dərman vasitələri aşkar edilib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, həmin dərmanlar çətin tapılan dərmanlar olub. Müştərinin “Zeytun” Aptekdən aldığı dərmanlar qadın xəstəlikləri, böyrək xəstəliklərinin müalicəsində, eləcə də qandurulducu vasitə kimi istifadə edilib. Müştəri onun tərkibinə dair məlumatları oxumaq üçün qutunun içində Azərbaycan dilində yazı tapmayıb. Lakin qanuna əsasən, Azərbaycanda satılan dərmanların qutusunda ana dilində məlumat yazılmalıdır. Müştəri dərmanların keyfiyyətsiz olmasından şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmədə ifadə verən Yusif Qədirov aptekdə idarəedici işlərə baxdığını, ittiham üzrə özünü təqsirli bilmədiyi deyib: “İki ildir ki, aptekdə əczaçı vəzifəsində çalışıram. Dərmanları «Zeytun», «Azərimed», «Binə depo», «Tylolhot», «Global», «Tetrada», «Novator farma» şirkətlərindən əldə edirik. Dərman sifarişi ilə özüm məşğul oluram. Qeydiyyatsız dərmanlar «Zeytun» və «Binə depo» şirkətlərinə məxsus olub. Həmin dərmanları nağd almışıq, amma qəbz verilməyib. Həmin dərmanların satış qiymətlərini özüm müəyyən edirdim.

26 yanvar 2022-ci ildə aptekə mülki geyimli polis əməkdaşları gəldi. Aptekə baxış keçirilən zaman məlum oldu ki, bir sıra dərmanların dövlət qeydiyyatı yoxdur. Həmin dərmanları Azərbaycana kim gətirmişdirsə, qeydiyyatını da o təmin etməliydi. Biz dərmanları rəsmi şirkətlərdən almışıq”.

İstintaq dövründə Yusif Qədirovun üzərinə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qoyulub. Hökmə əsasən, qətimkan ləğv edilib. Y.Qədirov Cinayət Məcəlləsinin 200-1.1-ci (qeydiyyatından keçməyən dərman vasitələrinin satışı) maddəsilə təqsirli bilinərək 3000 manat cərimə olunub. Müsadirə olunmuş dərmanlar isə dövlət nəfinə keçirilib.




Paylaş:


Müəllif : Tarix:
9-01-2023, 17:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər