Dünya ŞOKDA: Makron haqqında qorxulu xəbərlər yayıldı
“Son vaxtlar Fransada Prezident Emmanuel Makronun psixi durumunun heç də yaxşı olmadığı barədə narahatlıqlar artıb. Bu haqda Livanın “Əl-Binə” saytında Mirna Lahudun imzası ilə dərc olunan məqalədə məlumat verilir”.
Bu sözləri politoloq Əlimusa İbrahimov qeyd edib.
O bildirib ki, Makronun özünün bu faktı təsdiq etməsi Fransa siyasətçilərinin onun səhhəti və zehni durumu ilə bağlı narahatlıqlarını daha da artırıb:
“Saytın dediyinə görə, Makron Amerika Birləşmiş Ştatlarından Baydenlə görüşdən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib: “İki həftə öncə ciddi sinir böhranı keçirdim. Mən bütün nazirlərin və baş nazirin vəzifələrini yerinə yetirirəm”.
Fransanın tanınmış siyasətçisi və son seçkilərdə prezidentliyə namizəd olmuş Fransua Asselino bildirib ki, “Əgər Makronun dedikləri həqiqətdirsə, tezliklə ciddi tədbirlər görmək lazımdır. Çünki bu tipli bəyanatlar hamımızın içərisində olduğu ciddi siyasi böhrandan xəbər verir. Makron ölkə üçün dağıdıcı siyasət həyata keçirir. Əgər onun psixi vəziyyəti qaydasında deyilsə, nüvə silahının işə salınması üçün şifrənin onda olması böyük təhlükə törədir. Heç kim Makronun Dünya Çempionatındakı hərəkətlərinə və sosial şəbəkələrdə çıxan şəkillərinə bəraət qazandıra bilməz. Makronun psixoloji probleminin olması artıq danılmaz faktdır”.
Politoloq Ə.İbrahimovun sözlərinə görə, Emmanuel Makronun psixi durumunun yerində olmamasının nəticəsi onun apardığı beynəlxalq siyasətdə özünü daha ciddi şəkildə büruzə verir:
“Bu problemi Azərbaycan olaraq biz hamıdan tez hiss etmişik. Uzun müddətdir biz Makronun psixi probleminin olması barədə həyəcan təbili çalırıq. Çünki ermənilər Azərbaycana qarşı bu qədər haqsızlıq törətdikləri halda onları yalnız ağılları yerində olmayan dövlət rəhbərləri dəstəkləyə bilər. Ermənilərin digər himayəçilərinin də gec-tez psixoloji problemləri barədə məlumat alsaq, təəccüblənmərik.
Sevindirici haldır ki, Fransa liderinin psixoloji vəziyyətinin normal olmadığı barədə beynəlxalq səviyyədə danışmağa başlayıblar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-01-2023, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər