Mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi bilindi - Rəsmi

Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olduğu müəyyən edilib.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yerli KİV-ə açıqlamasında ölən şəxslərin dəm qazından boğulması ilə bağlı ehtimalların aşağı olduğunu bildirmişdi. Qurumun şöbə rəisi İlkin Behbudovun sözlərinə görə, “Azəriqaz” əməkdaşları həmin 4 nəfərin qazdan boğulma ehtimalı ilə bağlı mənzildə ilkin araşdırma aparmış, smart tipli sayğacın üzərinə baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə olduğu, yəni qurğudan qaz keçmədiyini müəyyən etmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-01-2023, 18:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB