Müharibə başlayandan Zelenskiyə qarşı neçə sui-qəsd cəhdi olub?
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency - CIA) direktoru Uilyam Börns Rusiyanın işğalından əvvəl Ukraynaya səfəri zamanı keçirdiyi gizli görüşdə prezident Volodimir Zelenskiyə sui-qəsd təhlükəsi barədə xəbərdarlıq edib.
Müxtəlif ABŞ prezidentlərinin administrasiyaları haqqında kitabların müəllifi Kris Uipl bu məlumatı özünün "Həyatının Mübarizəsi: Co Baydenin Ağ Evinin İçində" kitabında yazıb.
Qeyd olunur ki, Uilyam Berns Kiyevə genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyanın onu öldürmək planı barədə Zelenskiyə məlumat vermək və ona reallığı izah etmək üçün getmişdi. Bildirilir ki, çünki Zelenski açıq şəkildə ABŞ-ın xəbərdarlıqlarını rədd edirdi.
Kris Uipl yazır ki, Bayden ABŞ-ın Rusiyadakı keçmiş səfiri olmuş CIA direktoruna Zelenskiyə “Rusiya planları”nın dəqiq təfərrüatlarını çatdırmağı tapşırıb:
“Bu, Zelenskinin diqqətini dərhal çəkdi; o, bu xəbərdən heyrətə gəldi, ayıldı”.
Nəşr Ukrayna rəsmilərinə istinadla məlumat verib ki, Zelenski 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən bəri ən az 12 dəfə Rusiya qüvvələri tərəfindən sui-qəsd cəhdinə məruz qalıb.
Uipl bildirib ki, onun ən az 2 sui-qəsddən yayına bilməsində Kiyevə səfəri zamanı Börnsün paylaşdığı məlumatların böyük rolu olub.
2022-ci ilin martında “The Times”, Zelenskinin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bəri ən azı üç sui-qəsd cəhdindən sağ çıxdığını bildirib.
Eyni zamanda, Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak martın 9-da bildirib ki, ondan artıq belə sui-qəsd cəhdləri olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-01-2023, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər