Prezidentin tapşırdığı problem nə vaxt həll olunacaq?
Bu günlərdə mediada "Çinici” mağazalar şəbəkəsində nağd ödənişlərin stimullaşdırılması ilə bağlı kampaniya aparılması tənqid edildi. Yayılan məlumatlardan aydın olurdu ki, mağazalar şəbəkəsindən alış-veriş edərkən qiyməti nağd ödəyən müştərilərin bonus kartına bonuslar 100 faiz ödənir, kartla ödəyən müştərilərə isə 50 faiz. Maraqlıdır ki, "Çinici”nin nümayəndəsi bunu özlərinin daxili işi adlandırmış, kampaniyanın heç bir qanun-qaydaya və aparılan siyasətə zidd olmadığını bildirmişdi.
Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə isə ölkə başçısı nağdsız ödənişlərin həcminin hələ də aşağı səviyyədə olmasını qeyd edərək bu durumdan narazılığını dilə gətirdi:
"Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır”.
POS-terminalların sayı niyə azalıb?
Qeyd edək ki, nağdsız ödənişlərin ümumi həcmi nağd çıxarılan məbləğlər istisna olmaqla hazırda 2 milyard 300 milyon dollardır. Dövlət tərəfindən nağdsız ödənişlərin həcminin artırılması üçün müəyyən addımlar atılır. Məsələn, 2019-cu il yanvarın 1-dən ticarət və ictimai iaşə sektorunda çalışan hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin həcminə mütənasib olaraq vergi güzəştləri tətbiq edilir və bu tipli stimullaşdırıcı tədbirlərin 3 il davam edəcəyi nəzərdə tutulur.
Belə ki, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə görə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilmiş verginin 25 faizi həcmində azaldılır.
Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır. Bu, təbii ki, əhəmiyyətli addımdır və normalda nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində müsbətə doğru dəyişikliyə səbəb olmalıdır.
Lakin prezidentin də vurğuladığı kimi, əhəmiyyətli irəliləyiş yoxdur. Maraqlıdır, niyə? Suala cavab axtarmazdan öncə daha bir statistikanı təqdim edək: 2019-cu il iyun ayının 1-nə ölkə üzrə fəaliyyət göstərən 2.568 bankomatdan 1376-sı paytaxtda, 1.192-si isə digər şəhər və rayonlarda yerləşir. 2019-cu ildən etibarən bankomatların ümumi sayı 66 ədəd və ya 2,64 faiz artıb.
Mərkəzi Bankın məlumatına əsasən, iyunun 1-dək ölkədə POS-terminalların sayı 66 426 ədəd təşkil edib. Onlardan 41.035-i Bakıda, 25.391-i isə digər şəhər və rayonlarda quraşdırılıb. Bu ilin may ayı ərzində Azərbaycanda hər 1.000 nəfərə 3,9 bankomat və 0,15 POS-terminal düşüb. POS-terminalların sayında 2016-cı illə müqayisədə 16 faiz azalma var. Bu barədə prezidentin yanında keçirilən müşavirədə də vurğulandı. Rəqəmlərlə tanışlıqdan aydın olur ki, POS-terminalların sayı 80.301 ədəd idisə, bu il iyunun 1-nə 67.032 POS-terminal qeydiyyatdadır.
Azalmanın səbəbi təbii ki, maraqlıdır. Lakin təəssüflə qeyd etməliyik ki, problem(?) haqda müvafiq qurumun rəsmi açıqlamalarında heç bir məlumat verilmir.
Nazir səlahiyyət istəyir
Vergilər naziri Mikayıl Cabbarovun Milli Məclisin növbədənkənar plenar iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirdiyi fikirlər yuxarıdakı suala müəyyən qədər cavab verir. "Hökumət tərəfindən nağdsız ödəniş mühitinin genişləndirilməsi üçün mühüm institusional tədbirlər görülməkdədir” - deyən nazirin sözlərinə görə, bu istiqamətdə digər dövlət qurumları ilə birgə iş aparılır:
"Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətdə yönəldiyini aydın şəkildə göstərir”.
Nazir bildirib ki, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da kartların tətbiqindən keçən dövr ərzində ən yüksək göstərici hesab edilir: "Təbii olaraq, burada əsas sual ondan ibarətdir ki, bu prosesdə iştirak edən 3 tərəf var - banklar, sahibkarlar və vətəndaşlar. Nağdsız hesablaşmaların aparılmasında hər bir tərəfin hansı dərəcədə maraqlı olduğu barədə sual yaranır. Bu suala cavab vermək üçün biz aşağıdakı məsələlərə diqqəti cəlb etmək istəyirik.
Birinci, komissiya haqlarıdır. Hazırda POS-terminal dövriyyəsi üzrə sahibkarların ödədiyi komissiya haqqı Azərbaycanda 1,29-2,37 faiz arasında dəyişir. Müqayisə üçün: Gürcüstanda 1,5-2 faiz, İngiltərədə 1,5-2 faiz, İtaliyada 2-2,75 faiz, Rusiyada 2-3 faiz aralığında dəyişir. Yəni müqayisədə, deyə bilərik ki, bizdə bu komissiya və tariflər xarici ölkələrdəki tariflərdən yüksək deyil. Dövlət bu tarif siyasətinə müdaxilə etmir.
İkinci məsələ cəzasızlıq mövzusudur. Mövcud qanunvericilik obyektlərdə POS-terminallar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarına görə məsuliyyət tədbirlərini nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa şərait yaradır. Vergilər Nazirliyi bu məsələ ilə bağlı əvvəllər də qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Lakin qurumlararası razılaşdırma prosedurları zamanı bu təşəbbüs dəstəklənməyib. Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır. Əgər yenə də bu mövzu gündəmə gələrsə, biz yenidən həmin qanun layihəsini təqdim etməyə hazırıq.
Mən bir daha vurğulamaq istəyirəm ki, qanunvericilikdə müvafiq səlahiyyətlər olduğu təqdirdə, təbii olaraq, institusional və texniki nöqteyi-nəzərdən Vergilər Nazirliyinin bu işlərə nəzarəti həyata keçirməsi mümkündür. Lakin təbii ki, biz hüquqi çərçivədə fəaliyyət göstərə bilərik və göstəririk”.
Bəs Vergilər Nazirliyinə nəzarət imkanları verməyə mane olan kim, yaxud hansı qurumdur?
Adının çəkilməsini istəməyən həmsöhbətimiz iddia edir ki, bu məsələdə Mərkəzi Bank, Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası arasında fikir ayrılığı var: "O səbəbdən də müvafiq qanun layihəsini parlamentdə qəbul etdirmək müşkülə çevrilib. Elə Mikayıl Cabbarovun MM-dəki çıxışının özündə bu barədə bir neçə dəfə eyham var”.
İqtisadçı-ekspert Pərviz Heydərov Qaynarinfo-ya açıqlamasında bildirdi ki, ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir genişmiqyaslı işlər aparılır və addımlar atılır. Lakin istənilən səviyyədə nailiyyətə nail olmaq mümkün olmayıb. Ekspertin fikrincə, bu, qısa müddət ərzində böyük uğurlara imza atılacaq bir iş deyil: "Birincisi, vətəndaşların buna marağı olmalı – onlar marifləndirilməlidir, ikincisi, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalı, üçüncüsü isə əhalinin gəlirləri də tələb olunan səviyyədə olmalıdır. Bunlar məsələnin ümumi tərəfləridir. Ancaq şübhəsiz ki, hər şeydən öncə, praktik şərait də mövcud olmalıdır. Nağdsız hesablaşmaların genişlənməsi üçün tələb olunan ilkin şərtlərdən biri POS-terminalların olmasıdır. Bütün xidmət və ticarət obyeklərində bunların sayı çox olmaqla yanaşı, durmadan artmalıdır. Ancaq bizdə əksinədir. POS-terminalların sayı artmaq əvəzinə, azalır. 2016-cı illə müqayisədə 16% azalma var. Halbuki, istər dövlət, istərsə də özəl sektorda bütün əməkhaqqı, sosial və digər ödənişlər kartlar vasitəsilə həyata keçirilir”.
POS-terminallardan istifadə məsələsində inzibati metodların tətbiqi və bunu gücləndirmək nə dərəcədə məqsədəuyğundur? P.Heydərovun sözlərinə görə, məqsədəuyğundur: "Nağdsız hesablaşmaların, əhalidə olan bank kartlarından onlayn alış-verişin genişləndirilməsi üçün hələ çox işlər həyata keçirilməlidir ki, bunların sırasında müvafiq inzibati metodların da tətbiqinə və qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var. Belə ki, bilavasitə POS-terminallarla bağlı məsələyə mütləq baxmaq lazımdır. Vergilər Nazirliyinin POS-terminalların tətbiqi ilə əlaqədar cəza məsuliyyətinin olması ilə bağlı çıxış etdiyi təşəbbüs digər qurumlar tərəfindən də müsbət qarşılanmalı və bu sahədə Mili Məclisdə mütləq, müvafiq bir qanun qəbul edilməlidir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-08-2019, 17:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Bu günlərdə mediada "Çinici” mağazalar şəbəkəsində nağd ödənişlərin stimullaşdırılması ilə bağlı kampaniya aparılması tənqid edildi. Yayılan məlumatlardan aydın olurdu ki, mağazalar şəbəkəsindən alış-veriş edərkən qiyməti nağd ödəyən müştərilərin bonus kartına bonuslar 100 faiz ödənir, kartla ödəyən müştərilərə isə 50 faiz. Maraqlıdır ki, "Çinici”nin nümayəndəsi bunu özlərinin daxili işi adlandırmış, kampaniyanın heç bir qanun-qaydaya və aparılan siyasətə zidd olmadığını bildirmişdi.
Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə isə ölkə başçısı nağdsız ödənişlərin həcminin hələ də aşağı səviyyədə olmasını qeyd edərək bu durumdan narazılığını dilə gətirdi:
"Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır”.
POS-terminalların sayı niyə azalıb?
Qeyd edək ki, nağdsız ödənişlərin ümumi həcmi nağd çıxarılan məbləğlər istisna olmaqla hazırda 2 milyard 300 milyon dollardır. Dövlət tərəfindən nağdsız ödənişlərin həcminin artırılması üçün müəyyən addımlar atılır. Məsələn, 2019-cu il yanvarın 1-dən ticarət və ictimai iaşə sektorunda çalışan hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin həcminə mütənasib olaraq vergi güzəştləri tətbiq edilir və bu tipli stimullaşdırıcı tədbirlərin 3 il davam edəcəyi nəzərdə tutulur.Belə ki, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə görə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilmiş verginin 25 faizi həcmində azaldılır.
Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır. Bu, təbii ki, əhəmiyyətli addımdır və normalda nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində müsbətə doğru dəyişikliyə səbəb olmalıdır.
Lakin prezidentin də vurğuladığı kimi, əhəmiyyətli irəliləyiş yoxdur. Maraqlıdır, niyə? Suala cavab axtarmazdan öncə daha bir statistikanı təqdim edək: 2019-cu il iyun ayının 1-nə ölkə üzrə fəaliyyət göstərən 2.568 bankomatdan 1376-sı paytaxtda, 1.192-si isə digər şəhər və rayonlarda yerləşir. 2019-cu ildən etibarən bankomatların ümumi sayı 66 ədəd və ya 2,64 faiz artıb.
Mərkəzi Bankın məlumatına əsasən, iyunun 1-dək ölkədə POS-terminalların sayı 66 426 ədəd təşkil edib. Onlardan 41.035-i Bakıda, 25.391-i isə digər şəhər və rayonlarda quraşdırılıb. Bu ilin may ayı ərzində Azərbaycanda hər 1.000 nəfərə 3,9 bankomat və 0,15 POS-terminal düşüb. POS-terminalların sayında 2016-cı illə müqayisədə 16 faiz azalma var. Bu barədə prezidentin yanında keçirilən müşavirədə də vurğulandı. Rəqəmlərlə tanışlıqdan aydın olur ki, POS-terminalların sayı 80.301 ədəd idisə, bu il iyunun 1-nə 67.032 POS-terminal qeydiyyatdadır.
Azalmanın səbəbi təbii ki, maraqlıdır. Lakin təəssüflə qeyd etməliyik ki, problem(?) haqda müvafiq qurumun rəsmi açıqlamalarında heç bir məlumat verilmir.
Nazir səlahiyyət istəyir
Vergilər naziri Mikayıl Cabbarovun Milli Məclisin növbədənkənar plenar iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirdiyi fikirlər yuxarıdakı suala müəyyən qədər cavab verir. "Hökumət tərəfindən nağdsız ödəniş mühitinin genişləndirilməsi üçün mühüm institusional tədbirlər görülməkdədir” - deyən nazirin sözlərinə görə, bu istiqamətdə digər dövlət qurumları ilə birgə iş aparılır:"Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətdə yönəldiyini aydın şəkildə göstərir”.
Nazir bildirib ki, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da kartların tətbiqindən keçən dövr ərzində ən yüksək göstərici hesab edilir: "Təbii olaraq, burada əsas sual ondan ibarətdir ki, bu prosesdə iştirak edən 3 tərəf var - banklar, sahibkarlar və vətəndaşlar. Nağdsız hesablaşmaların aparılmasında hər bir tərəfin hansı dərəcədə maraqlı olduğu barədə sual yaranır. Bu suala cavab vermək üçün biz aşağıdakı məsələlərə diqqəti cəlb etmək istəyirik.
Birinci, komissiya haqlarıdır. Hazırda POS-terminal dövriyyəsi üzrə sahibkarların ödədiyi komissiya haqqı Azərbaycanda 1,29-2,37 faiz arasında dəyişir. Müqayisə üçün: Gürcüstanda 1,5-2 faiz, İngiltərədə 1,5-2 faiz, İtaliyada 2-2,75 faiz, Rusiyada 2-3 faiz aralığında dəyişir. Yəni müqayisədə, deyə bilərik ki, bizdə bu komissiya və tariflər xarici ölkələrdəki tariflərdən yüksək deyil. Dövlət bu tarif siyasətinə müdaxilə etmir.
İkinci məsələ cəzasızlıq mövzusudur. Mövcud qanunvericilik obyektlərdə POS-terminallar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarına görə məsuliyyət tədbirlərini nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicilərinə müxtəlif bəhanələr gətirməklə POS-terminallardan istifadədən yayınmağa şərait yaradır. Vergilər Nazirliyi bu məsələ ilə bağlı əvvəllər də qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Lakin qurumlararası razılaşdırma prosedurları zamanı bu təşəbbüs dəstəklənməyib. Milli Məclis qanunvericilik təşəbbüsünə malik olan orqandır. Əgər yenə də bu mövzu gündəmə gələrsə, biz yenidən həmin qanun layihəsini təqdim etməyə hazırıq.
Mən bir daha vurğulamaq istəyirəm ki, qanunvericilikdə müvafiq səlahiyyətlər olduğu təqdirdə, təbii olaraq, institusional və texniki nöqteyi-nəzərdən Vergilər Nazirliyinin bu işlərə nəzarəti həyata keçirməsi mümkündür. Lakin təbii ki, biz hüquqi çərçivədə fəaliyyət göstərə bilərik və göstəririk”.
Bəs Vergilər Nazirliyinə nəzarət imkanları verməyə mane olan kim, yaxud hansı qurumdur?
Adının çəkilməsini istəməyən həmsöhbətimiz iddia edir ki, bu məsələdə Mərkəzi Bank, Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası arasında fikir ayrılığı var: "O səbəbdən də müvafiq qanun layihəsini parlamentdə qəbul etdirmək müşkülə çevrilib. Elə Mikayıl Cabbarovun MM-dəki çıxışının özündə bu barədə bir neçə dəfə eyham var”.
İqtisadçı-ekspert Pərviz Heydərov Qaynarinfo-ya açıqlamasında bildirdi ki, ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir genişmiqyaslı işlər aparılır və addımlar atılır. Lakin istənilən səviyyədə nailiyyətə nail olmaq mümkün olmayıb. Ekspertin fikrincə, bu, qısa müddət ərzində böyük uğurlara imza atılacaq bir iş deyil: "Birincisi, vətəndaşların buna marağı olmalı – onlar marifləndirilməlidir, ikincisi, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalı, üçüncüsü isə əhalinin gəlirləri də tələb olunan səviyyədə olmalıdır. Bunlar məsələnin ümumi tərəfləridir. Ancaq şübhəsiz ki, hər şeydən öncə, praktik şərait də mövcud olmalıdır. Nağdsız hesablaşmaların genişlənməsi üçün tələb olunan ilkin şərtlərdən biri POS-terminalların olmasıdır. Bütün xidmət və ticarət obyeklərində bunların sayı çox olmaqla yanaşı, durmadan artmalıdır. Ancaq bizdə əksinədir. POS-terminalların sayı artmaq əvəzinə, azalır. 2016-cı illə müqayisədə 16% azalma var. Halbuki, istər dövlət, istərsə də özəl sektorda bütün əməkhaqqı, sosial və digər ödənişlər kartlar vasitəsilə həyata keçirilir”.
POS-terminallardan istifadə məsələsində inzibati metodların tətbiqi və bunu gücləndirmək nə dərəcədə məqsədəuyğundur? P.Heydərovun sözlərinə görə, məqsədəuyğundur: "Nağdsız hesablaşmaların, əhalidə olan bank kartlarından onlayn alış-verişin genişləndirilməsi üçün hələ çox işlər həyata keçirilməlidir ki, bunların sırasında müvafiq inzibati metodların da tətbiqinə və qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var. Belə ki, bilavasitə POS-terminallarla bağlı məsələyə mütləq baxmaq lazımdır. Vergilər Nazirliyinin POS-terminalların tətbiqi ilə əlaqədar cəza məsuliyyətinin olması ilə bağlı çıxış etdiyi təşəbbüs digər qurumlar tərəfindən də müsbət qarşılanmalı və bu sahədə Mili Məclisdə mütləq, müvafiq bir qanun qəbul edilməlidir”.
Paylaş:
Müəllif :
Redaktor
Tarix:6-08-2019, 17:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24