İntihar etdiyi bildirilən Rauf Abbasovun bacısından - Ağır ittihamlar
Ötən il Bakının Xəzər rayonu, Zirə qəsəbəsində özünə məxsus villada intihar etdiyi bildirilən 1976-cı il təvəllüdlü Rauf Əhəd oğlu Abbasovun bacısı Könül Abbasova müraciət edib.
O, müraciətində qardaşının ölümündə şübhəli məqamların olduğunu, hadisə baş verən gün Rauf Abbasovun boşanmaq üzrə olduğu həyat yoldaşının və daha bir nəfərin həmin evdə olduğunu iddia edib.
Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda aparılan araşdırmanın düzgün istiqamətdə həyata keçirilmədiyini düşünən K.Abbasova bu işdə qəsdin olduğunu deyir: “Qardaşım Rauf Əhəd oğlu Abbasov Nəsimi rayonu, R.Cəbiyev küçəsində yerləşən mənzildə qeydiyyatda olsa da, Zirə qəsəbəsindəki villasında tək yaşayırdı. Onun müəmmalı ölümü məni çox narahat edir. Qardaşım 2003-cü ildən beynəlxalq “Maersk Driling Company”də işləyib, uzun illər çox yüksək maaş alıb”.
Mərhumun bacısının sözlərinə görə, qardaşı bibisi nəvələri olan xanımla öz istəyi olmadan evləndirilib: “Lakin evlənən gündən yola getmirdilər, bunu qonşular və 102-yə gedən zənglər də təsdiq edə bilər. Rauf sakit adam idi, ayın 28 gününü dənizdə keçirirdi. Dəfələrlə boşanmaq istəsə də, yoldaşı onu təhdid edir, özünü öldürəcəyini bildirərək boşanmaqdan imtina edirdi. Bir neçə ay əvvəl qardaşım arvadının külli miqdarda borcunun olması da məlum olmuşdu. Pulları nə etdiyini doğru-düzgün başa sala bilmədi. Gah dedi maşınla adam vurub işi bağlamışam, gah dedi narkoman qardaşı var, ona sərf edib. Bu hadisədən sonra ailədəki münasibətlər daha da korlandı, qardaşım boşanmağa qərar verdi. Oktyabrın 3-də boşanacaqdılar. Lakin sentyabrın 29-u Raufun guya özünü asıb öldürdüyünü bildirdilər. Məhkəməyə qədər Rauf Zirədəki villasında tək qalırdı. Nə sirrdirsə, öləndə arvadı və 20 yaşlı oğlu da yanında olub.
Fotoda Könül Abbasova və qardaşı Rauf Abbasov
Qardaşım xeyli vaxt idi onu yanına buraxmırdı, hasarlar da hündür... Arvadı ora necə daxil olub? Videogörüntülər haradadır? Raufun bacanağı da hadisə yerində olduğunu bildirmişdi, ziddiyyətli ifadələr verilib. Əgər Rauf özünü öldürübsə də, bunun səbəbkarı yoldaşıdır. Təəssüf ki, cinayət işi açılmır. Qulağımıza sözlər çatır ki, Xəzər Rayon Prokurorluğu 15 min alıb işi bağlayıb”.
K.Abbasovanın növbəti iddiasına əsasən, qardaşı arvadı hazırda vərəsəlik işləri ilə məşğuldur və onu da hədələyir: “Mənə xəbər göndərib ki, mal-mülkü ələ keçirəndən sonra gəlib məni də qardaşın kimi canımdan bezdirəcək. Baş Prokurorluğa yazdığım məktublar cavabsız qalıb. Qardaşımın arvadı biləndə ki, boşanmada dəyəri 500 min manat olan villa və anamın mikrorayondakı evi ona çatmayacaq daha da aqressivləşdi. Xahiş edirəm, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülsün”.
Mərhum Rauf Abbasovun bacısının müraciəti və baş vermiş hadisənin araşdırılması ilə bağlı Baş Prokurorluğun Məbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb: "Rauf Abbasovun intihar etməsində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul olunub. Həmçinin vətəndaş Könül Abbasovaya qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah edilib".
Ünvanına səslənən ağır ittihamlarla bağlı mövqeyini öyrənmək üçün Rauf Abbasovun həyat yoldaşı ilə də əlaqə saxladıq. Lakin qadın hazırda açıqlama vermək istəmədiyini, vəkili ilə məsləhətləşdikdən sonra fikir bildirə biləcəyini deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2023, 12:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər