Elşad Hacıyev: "Şəkillər "TikTok"da "jeton" toplamaq niyyəti ilə çəkilib" - Yenilənib
“Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz”.
Bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
“Fotoşəkil kiminsə “TikTok”da “jeton” toplamaq niyyəti ilə çəkilib”, - paylaşımda bildirilib.
***16:08
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:
“Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Araşdırılır”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, “TikTok”da bir gənc bəzi polisləri təhqir edib. İddia edilib ki, daha sonra sözügedən şəxs polis əməkdaşları tərəfindən tutulub və saçları kəsilib. Onun keçəl formada şəkilləri sosial şəbəkələrdə yayılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2023, 18:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər