Ötən il 1 milyondan çox Rusiya vətəndaşı Ermənistana gedib
Ermənistanın dövlət sərhədlərindən ötən ilin 11 ayı ərzində 3 milyondan çox şəxsin ölkəyə girişi qeydə alınıb ki, onların da 1 milyondan çoxu Rusiya vətəndaşlarıdır.
Bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Ermənistanın dövlət sərhədindən 3 milyon 46 min 900 giriş qeydə alınıb, onlardan 1 milyon 16 min 223 nəfəri Rusiya vətəndaşıdır.
Bu dövr ərzində Ermənistanın dövlət sərhədindən 3 milyon 18 min 263 şəxsin çıxışı qeydə alınıb.
Komitə onu da əlavə edib ki, ötən ilin 11 ayı ərzində Ermənistanın dövlət sərhədindən ölkə vətəndaşlarının 1 milyon 314 min 433 ölkəyə girişi və 1 milyon 337 min 891 çıxışı qeydə alınıb.
Rusiyadan gələnlərin sayı 1 milyon 16 min 223 nəfər, gedənlərin sayı isə 967 min 696 nəfər təşkil edib.
Gürcüstandan gələnlərin sayı 224 min 383 nəfər, gedənlərin sayı isə 218 min 465 nəfərdir.
Keçən ilin müvafiq dövründə İran vətəndaşlarının Ermənistana 124 467 girişi və 125 695 çıxışı qeydə alıb. Eyni dövrdə, ABŞ vətəndaşlığı olan şəxslərin 54 686 nəfərinin ölkəyə girişi və 56 173 ölkədən çıxışı qeydə alınıb. Ermənistanın dövlət sərhədindən ölkəyə daxil olan Ukrayna vətəndaşlarının sayı 27 min 361 nəfər, gedənlərin sayı isə 27 min 310 nəfər təşkil edib.
Həmçinin əlavə olunub ki, Almaniya, Fransa, Belarus, Hindistan və digər ölkələrin xeyli sayda vətəndaşı da Ermənistanın dövlət sərhədlərindən keçib./APA
Paylaş:
Müəllif : Fuad
Tarix:20-01-2023, 22:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər