reklam
Regionxeberlericom.az » Araşdırma » Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

reklam

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq
















Mərhum müğənni Rəhim Rəhimlinin qardaşı Anar Rəhimli dələduzluq əməli ilə üzləşdiyini bildirir.

A.Rəhimli Zaur İsayev adlı tanışının onu aldadaraq 80 min manata yaxın pul aldığını iddia edib.

Həmin məbləğin qarşılığında aldığı mənzilin sonradan başqa şəxsə məxsus olduğunu öyrənən müğənninin qardaşı hadisə ilə bağlı polisə və prokurorluğa müraciət edib: “Əvvələr tanıdığım İsayev Zaur Akif oğlu “Sahil-D Kompani” MMC tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən yaşayış binasında qapı-pəncərə işləri gördüyünü və gördüyü işin əvəzində barter olaraq, pul əvəzinə MTK tərəfindən həmin binanın 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157.6 kv.m olan 3 otaqlı 111 saylı mənzilin ona verildiyini bildirmişdi. O, həmin mənzili 78 500 (yetmiş səkkiz min beş yüz) manata satışa çıxardığını da mənə demişdi.

Mən həmin binaya gedərək qeyd edilən mənzilə baxdım və Zaura evin dəyərini tam ödədim. Sonra Zaur İsayev mənə “Sahil-D Kompani” MMC ilə mənim aramda 11 aprel 2013-cü il tarixli 191 saylı pay müqaviləsini təqdim etdi. 2019-cu ildə MTK-nın qeyd edilən ünvanda inşa etdiyi binaya getdikdə mənə oradan bildirildi ki, mənim bu binada mənzilim yoxdur, həmin mənzildə başqa şəxslər yaşayır. Bundan sonra mən başa düşdüm ki, Zaur İsayev ona olan etibarımdan sui-istifadə edərək məni aldadıb. Bundan sonra Zaur mənə vurduğu ziyanın 20 900 (iyirmi min doqquz yüz) manatını hissə-hissə qaytardı, qalıq məbləği isə qaytarmaqdan yayındı. Sonradan onun mənə verdiyi müqavilənin saxtalaşdırıldığı məlum oldu”.

Şikayətçi əlavə edib ki, Zaur pulun qalan hissəsini qaytarmadığı üçün onun barəsində Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Prokurorluq tərəfindən işin araşdırılması Binəqədi RPİ-yə tapşırılıb: “Zaur İsayev müstəntiqin xidməti otağında çəkinmədən törətmiş olduğu cinayət əməlini, yəni mənim etibarımdan istifadə etmək yolu ilə məni aldadaraq pulumu ələ keçirməsini əvəzində isə mənə saxtalaşdırılmış müqavilə təqdim etdiyini etiraf etdi. Bununla bağlı dəfələrlə Baş Prokurora, Bakı şəhər Prokuroruna müraciət etməyimə baxmayaraq, tədbir görülmür. Artıq üç ildir ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqləri və Binəqədi rayon Prokurorluğunun vəzifəli şəxsləri mənim işimə baxmır”.

Zaur İsayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, A.Rəhimovla aralarında borc müqaviləsi mövcuddur və məhkəmənin qərarı ilə qarşı tərəfə pul ödəyir: "Bu insan şantajla, dələduzluqla məşğuldur. Rəhimin vəfatı ərəfəsində mənə məxsus "BMW" markalı avtomobil hərrac yolu ilə satışa çıxarılıb və pulu Anara ödənilib. Məhkəmə qərarlarının icrası üzrə ödəniş edilir".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə müraciət etdik. Nazirliyin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən şikayətin mülki məsələ olması müəyyən edilib: “Vətəndaş A.Rəhimli Z.İsayevin mənzil verəcəyini vəd edərək ondan 78 500 manat pulunu alması ilə bağlı müraciəti əsasında polis orqanında prosessual araşdırma aparılıb. Araşdırma zamanı şəxslər arasında öhdəlik münasibətlərindən irəli gələn mülki mübahisənin yarandığından tərəflərə bu mübahisənin həll edliməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilib”.




Paylaş:


Müəllif : Tarix:
31-01-2023, 14:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər