Azərbaycan hökuməti bu şəxslərə təzminat ödəyəcək
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 3 yekun qərardadını elan edib.
Bu barədə Avropa Məhkəməsi Gündəliyi məlumat yayıb.
Bildirilib ki, qərardadların 2-si tərəflərin dostca anlaşmalarına, digəri isə hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən çıxarılıb.
“Bu işlərdə əsasən, işgəncəyə, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilmişdi. Bir işdə Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu iddia olunurdu.
Bu məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs edilmiş, daha sonra müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunmuşdular. Ərizəçilərin hamısı saxlanılan və həbsdə tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət etmişdilər. Onlar AİHM qarşısında iddia edirdilər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub.
Kommunikasiya zamanı hökumət ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib. Hökumət ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyi və ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını təklif edib. Ərizəçilər bu təklifi qəbul etməyiblər, bildiriblər ki, hökumət onların hüquqlarının pozulduğunu etiraf etsə də, Konvensiyanın öhdəliklərinə necə əməl edəcəyini və pozulmuş hüquqların nəticələrinin aradan qaldırlması üçün hansı tədbirləri görəcəyini aydın ifadə edə bilməyib. Ərizəçilər həmçinin, hökumətin təklif etdiyi mənəvi zərər əvəzinin məbləğinin çox az olduğunu ifadə ediblər.
Bununla belə AİHM işin araşdırılmasının davam etdirilməsi üçün əsaslar görməyib, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro ödəməlidir. Ərizəçiləri AİHM qarşısında vəkil və hüquqşunaslar Elçin Sadıqov, Nemət Kərimli, Yalçın İmanov və Şəhla Hümbətova təmsil edib.
Bu işdə ərizəçi Açıq Cəmiyyət Partiyasının üzvü idi, anası və qardaşı da adı çəkilən müxalif partiyanın üzvü olan ərizəçi hadisələrin baş verdiyi vaxt daşınmaz əmlak şirkətində işləyirdi. 2012-ci ilin aprel ayında Bakı şəhərində İctimai Palata adlanan müxalif birliyin etiraz aksiyası keçirilmiş, həmin aksiyada ərizəçinin anası hökumətə yönəlik sərt tənqidi çıxış etmiş, ərizəçinin təqdim etdiyi press-relizlərə görə ölkə başçısını “korrupsioner və diktator” adlandırmışdı.
Həmin aksiyadan bir neçə gün sonra ərizəçi iş yerinin yaxınlığındakı küçədə saxlanılaraq, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, polis nəzarəti altında axtarış zamanı üzərindən heroin aşkar olunmuşdu. Eyni gündə polislər ərizəçinin mənzilində də axtarış aparıb, ordan da heroin aşkar etmişdilər. Narkotik cinayətlərinə görə barəsində cinayət işi açılan ərizəçi məhkəməyə qədər həbs olunmuşdu. Bir neçə ay sonra Nərimanov Rayon Məhkəməsi onu təqsirli sayaraq, iki il müddətinə azadlıqdan məhrum edib. Hökm maddi sübutlara, polis əməkdaşlarının və şahidlərin ifadələrinə əsaslanıb. Yuxarı məhkəmələr ərizəçinin şikayətlərini rədd ediblər. Ərizəçi AİHM-ə şikayətində iddia edirdi ki, onunla bağlı məhkəmə prosesi ədalətli olmayıb (6-cı maddə), məhz müxalifətçi olduğuna görə cinayət məsuliyyətinə cəlb edilib (14-cü maddə). AİHM kommunikasiya zamanı hökumətə qeyd edilən pozuntularla yanaşı Konvensiyanın 18-ci maddəsinin pozulması kontekstində də suallar göndərmişdi.
Bu iş üzrə qərardad tərəflərin dostca anlaşmalarına əsasən çıxarılıb. Anlaşmaya görə, hökumət ərizəçiyə 5000 avro mənəvi zərər, 1500 avro xərc və məsrəf əvəzi ödəməlidir. Ərizəçini vəkil Ruslan Mustafazadə təmsil edib.
Mülkiyyət hüququnun pozuntusu mübahisələndirilən bu işdə ərizəçiyə məxsus mülkiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirilmişdi. Təzminat ödənilsə də ərizəçi AİHM qarşısında iddia edirdi ki, qanunvericilik ümumi təzminatdan başqa ona 20 faiz məbləğində kompensasiyaya əlavə-nin ödənilməsini də nəzərdə tutub, ancaq həmin məbləğ ərizəçiyə ödənilməyib.
Bu iş üzrə yekun qərardad da tərəflərin dostca anlaşmasına əsaslanır. Qərardad ərizəçiyə 4220 avro maddi zərər, 3000 avro mənəvi zərər, 500 avro xərc və məsrəf əvəzi ödənilməsini nəzərdə tutur. Ərizəçini vəkil S.Əliyeva təmsil edib”, - məlumatda qeyd edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-02-2023, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər