Quru sərhədlərimizdə nə baş verir: Komitə məlumatları əhalidən niyə gizlədir? - Faktlar
Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 may saat 06:00-dək uzadılıb və bu səbəbdən də quru sərhədləri qeyd olunan tarixədək bağlı qalacaq.
Koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqəsdilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən Azərbaycan ərazisinə yerüstü nəqliyyat yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb.
Lakin maraqlıdır ki, quru sərhədlərin bağlı olmasına baxmayaraq Azərbaycana quru yolla hər il on minlərlə əcnəbi vətəndaş daxil olur. Məsələn, quru sərhədlərin bağlı olduğu 2021-ci ildə Azərbaycana quru yolla 394,3 min əcnəbi daxil olub. Bu ölkəyə səfər edən bütün əcnəbilərin 49,8%-nə bərabər olub. Bu göstərici quru sərhədlərin açıq olduğu illərdə qeydə alınan göstəricidən kəskin fərqlənmir. Məsələn, 2017-ci ildə Azərbaycana quru yolla daxil olanların sayı ölkəyə səfər edən bütün əcnəbilərin 56,6%-nə bərabər olub. Hətta, quru sərhədlərin bağlı olduğu 2020-ci ildə bu göstərici daha çox olub – 70%.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan belə görünür ki, quru sərhədlərin bağlı olması ilə bağlı məlum qərarın olmasına baxmayaraq, ölkəyə quru yolla daxil olanların payında ciddi azalma qeydə alınmayıb.
Onu da bildirək ki, Yeniavaz.com saytı ötən ilin iyun ayında bu barədə xəbər yayımlayıb. Maraqlıdır ki, Dövlət Statistika Komitəsi əcnəbilərin ölkəyə hansı yolla daxil olduğunu hər zaman açıqladığı halda, bu xəbərin yayımlanmasından sonra məlumatları açıqlamamağa başlayıb. Ötən ilin avqust ayından başlayarq Dövlət Statistika Komitəsi əcnəbillərin ölkəyə hansı yolla daxil olduğunu açıqlamır.
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsindən məlumat almaq istəsək də telefon zənglərimizə cavab verən olmadı. İş vaxtı (saat 11:15) olmasına baxmayaraq qurumun nə müvafiq şöbəsindən (377 10 70 (22-22), nə də mətbuat xidmətindən (377 10 70 (22-66) heç kim zənglərə cavab vermədi.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2023, 12:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər