reklam
Regionxeberlericom.az » Araşdırma » “Dedilər, pilot kabinanın içərisindədir”

reklam

“Dedilər, pilot kabinanın içərisindədir”


"Hazırda MİQ-29 hərbi təyyarəsinin çıxarılma əməliyyatı gedir”.
Bu məlumatı Yenicag.az-a iyulun 24-də qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət katibi Qabil Hüseynli verib.

Q. Hüseynli bildirib ki, pilotdan heç bir xəbər yoxdur: "Pilotla bağlı heç nə deyə bilmirlər. Çünki təyyarə parça-parça olub. Kabinə hissəsinə yaxınlaşa bilmirlər. Buna səbəb isə dənizin dibində dalğanın olmasıdır. Mənə bildirdilər ki, görünmə dərəcəsi çox aşağıdır. Hələ ki, pilot haqqında bir məlumat yoxdur. Axtarışda iştirak edənlərdən bir nəfər mənə dedi ki, 99.9% pilot kabinanın içərisindədir”.

Təyyarənin parçalanmasının səbəbinə gəldikdə isə, Qabil Hüseynli belə deyib: "Dedilər ki, təyyarə suya düşəndə elə bil betonla çarpışır”.


Paylaş:


Müəllif : Tarix:
10-08-2019, 14:12
Sikayət   


loading...
Загрузка...