reklam
Regionxeberlericom.az » Araşdırma » Xəstəxanalarda təhlükəli müayinə aparatları var? - Video

reklam

Xəstəxanalarda təhlükəli müayinə aparatları var? - Video

















Standartlara uyğun olmayan rentgen və komputer-tomoqrafiya aparatları təhlükə  mənbəyidir.

RegionXəbərləricom.az Xezerxeber.az-a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi rentgen və kompüter-tomoqrafiya müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri İlham Sadıqov deyib ki, Azərbaycanda bir sıra müəssisələr xüsusi icazəsi olmadan fəaliyyət göstərir. Onun sözlərinə görə, bu sahəyə nazarət pandemiya dövründə zəiflədiyindən tibb müəssisələri tərəfindən müəyyən pozuntulara yol verilib.

İlham Sadıqov bildirib ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq "xüsusi icazə" əsasında istifadə edə bilərlər.

Həkim-pulmanoloq Ayaz Hidayətov isə vurğulayıb ki, xərçəng xəstliklərinin iki faizi məhz radiasiyanın təsirindən qaynaqlanır. Buna görə də pasiyentlərin standartlara  cavab verən avadanlıqlardan istifadə etməsi tövsiyə edilir.

Ətraflı videomaterialı təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
23-02-2023, 21:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər