reklam
Regionxeberlericom.az » Araşdırma » Prokuroru şantaj edənlərə 9 ilə kimi cəza istənildi

reklam

Prokuroru şantaj edənlərə 9 ilə kimi cəza istənildi















Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror ittiham olunan şəxslərin hər birinin ayrı-ayrılıqda hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinməsini - Ümman Əliyevin 9 il, Elnur Eldarovun 8 il 6 ay, İlqar Əliyev və Natiq Nuriyevin 8 il, Ələkbər Nuriyevin 7 il, Sahilə Məmmədovanın 6 il azadlıqdan məhrum edilməsini tələb edib. İş üzrə təqsirləndirilən Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq onunla bağlı cinayət işinə xitam verilməsi istənilib.

Növbəti proses fevralın 27-ə təyin olunub.

Qeyd edək ki, zərərçəkmiş Tariel Qurbanov təqsirləndirilən şəxslərə qarşı şikayətini geri götürüb.

İttihama görə, təqsirləndirilən şəxslər prokuror Tariel Qurbanovu hamamda çəkilmiş şəkilləri ilə şantaj ediblər. Onlar şəkillərin yayılmamasına görə, Tariel Qurbanovdan pul alıblar. Onların əməlindən ziyan çəkənlərdən buri də Mirvasif Mahmudovdur.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə),178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, təqsirləndirilən Pərvin Yusifov istisna olmaqla digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Hazırda isə Abşeron rayon prokurorunun böyük köməkçisidir.





Paylaş:


Müəllif : Tarix:
24-02-2023, 17:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər