HƏM BAHAÇILIQDI, HƏM DƏ VERGİDƏN YAYINMA VAR… – Nabrandakı “Ulduz” restoranında “kreativ” kassa çeki – FOTO
Vergilər Nazirliyi hər 3-5 gündən bir sahibkarlara xəbərdarlıq edir, reydlər, nəzarət tədbirləri keçirir, hədə-qorxu gəlir ki, “kassa çeklərindən istifadə edin”, “işçilərinizi qeydiyyata qoyun” və sair. Ancaq görünür, bu “barmaq silkələmənin” arxa-dayağı olanlara yox, kasıb-kusuba, yəni mikro və kiçik sahibkarlara aidiyyatı var.
Nazirlik son açıqlamasında çoxlu sayda sahibkarlıq subyektinə rəsmi xəbərdarlıq edildiyini və həmin obyektlərə kassa çeklərindən istifadə etməsələr, artıq növbəti dəfə böyük məbləğdə cərimə yazılacağını bildirdi.
Ancaq bilmirik ki, həmin vergi ödəyicilərinin sırasında Nabrandakı Xüsusi Dövlət Mühafizə Xidmətinin “Ulduz” İstirahət Mərkəzinin adı varmı? Çox böyük ehtimalla, yoxdur. Yoxsa kifayət qədər böyük ərazini əhatə edən bu müasir tipli obyekt ilin-günün bu vaxtında, Vergilər Nazirliyi nəinki xəbərdarlıq edəndə, hətta yeni nəsil müasir kassaların tətbiqinə başlanacağına dair məlumatlar verəndə aşağıda gördüyünüz “kreativ” kassa çeklərindən istifadə etməzdi. Fotoda gördüyünüz kağız parçasını adını çəkdiyimiz istirahət mərkəzində müştəriyə “kassa çeki” əvəzinə təqdim ediblər. Müştəri də bu qeyri-adi “kassa çeki”ni “AzPolitika”ya göndərib.
Bu o deməkdir ki, ya böyük sayda müştərisi olan bu obyektdəki nəzarət-kassa aparatından istifadə edilmir, ya da ümumiyyətlə həmin obyektdə belə bir aparat yoxdur. Ancaq böyük ehtimalla formal da olsa vergi qeydiyyatı olan istirahət mərkəzini işlədənlər özlərindən kifayət qədər arxayındırlar və bəlkə də heç vaxt işlətmədikləri kassa aparatının yerini belə unudublar…
Təəssüf ki, bu mənzərə təkcə “Ulduz”da deyil, əksər böyük istirahət mərkəzlərində müşahidə olunur. Ancaq nədənsə xırda meyvə köşkünü, siqaret “butkasını” nəzərdən qaçırmayan Vergilər Nazirliyi qiymətlərin od tutub yandığı və turizm sektorunun kökünü baltalayan iri istirahət mərkəzlərini heç cür görə bilmir.
Onu da xatırladaq ki, “Ulduz” İstirahət Mərkəzinin yerləşdiyi ərazi 3 saylı Ərazi Vergilər İdarəsinin tabeçiliyindəki zonaya aiddir.
“AzPolitika”
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-08-2019, 16:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-08-2019, 16:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07