6 ay əvvəl yaranan şirkət 1,45 milyonluq tenderin qalibi oldu
“İqtisadi Zonaların İnkişafı Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Dəyəri 1 milyon 448 min 93 manat 38 qəpik olan tender müsabiqəsinin qalibi “Azeriss” MMC (VÖEN- 3104324541) olub.
“Azeriss” MMC İqtisadi Zonaların İnkişafı Agentliyinin sifarişilə bu quruma mal-material və avadanlıqlar satacaq.
Nizamnamə kapitalı 50 manat olan “Azeriss” MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Ş. Qurbanov, ev 247A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova İlahə Tofiq qızıdır.
Tender müsabiqəsinin diqqət çəkən tərəfi odur ki, qalib şirkət – “Azeriss” MMC tender müsabiqəsinin başlamasından cəmi 6 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi tender müsabiqəsini 20.12.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
1,45 milyon manatlıq tenderin qalibi olan şirkət barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Yeganə məlumat şirkətin qanuni təmsilçisi Hüseynova İlahə Tofiq qızı barəsindədir. İlahə Hüseynova sosial şəbəkə hesabında özünü həm də “Azeriss” MMC-nin təsisçisi kimi təqdim edir. İlahə Hüseynova daha əvvəl “Vepa Engineering” şirkətində çalışdığını yazıb. Bu şirkətin isə hazırda dövlət büdcəsinə 334 min manat borcu var.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. 1,45 milyon manatlıq tenderin qalibi olan şirkət isə nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına belə sahib deyil.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-03-2023, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər