Metroda terror olacağı iddiasına Metropolitendən REAKSİYA - AÇIQLAMA
“Yayılmış səsyazılarının araşdırılması Bakı Metropoliteninin səlahiyyətlərinə daxil olan məsələ deyil”.
Bunu sosial şəbəkələrdə Bakı metrosunda terror aktının törədiləcəyi barədə səs yazısı ilə bağlı sualımızı cavablandırıarkən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
Bu məsələnin Metropolitenin səlahiyyəti daxilində olmadığını vurğulayan qurum rəsmisi bunları əlavə edib:
“Metropoliten yalnız təhlükəsizlik, yəni stansiya infrastrukturu, qatarların hərəkəti və buna müvafiq texniki infrastrukturun işinin təmin olunması ilə məşğuldur. Bununla bağlı müntəzəm olaraq sərnişinlərə müafiq məlumatlar verilir. Normativ sənədlərin tələblinə uyğun müvafiq işlər yerinə yetirilir”.
Qeyd edək ki, sözügedən səsyazısı ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamasında sözügedən səs yazısının araşdırıldığını bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-03-2023, 17:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər