reklam
Regionxeberlericom.az » Araşdırma » "Heç vaxt, kimsə buna cəsarət edə bilməz" - Ramiz Rzayevdən ilginc AÇIQLAMALAR

reklam

"Heç vaxt, kimsə buna cəsarət edə bilməz" - Ramiz Rzayevdən ilginc AÇIQLAMALAR
















Bu həftə səlahiyyəti başa çatan Ali Məhkəmənin sədri Ramiz Rzayev Manset.az-ın suallarını cavablandırıb. O çalışdığı müddətdə keçirilən məhkəmə proselərindən, bundan sonrakı fəaliyyətindən və sədr olduğu müddətdə ona edilən təzyiqlər barədə danışıb.

Ramiz müəllim, sizin artıq Ali Məhkəmənin Sədri vəzifəsində səlahiyyəriniz bitdi, bundan sonra nə işlə məşğul olacaqsınız?

- Heç bir işlə məşğul olmayacam. Elə evdəyəm, nə olacaq..Nəvələrimlə, nəticələrimlə oynayacam.

Bundan sonra sizin vəzifənizi aparacaq real şəxs kimi görürsünüz?

- Mənim səlahiyyətimdə olan məsələ deyil, bir söz deyə bilmərəm. Öz səlayyətimə aid olmayan bir şey ilə bağlı proqnoz verə bilmərəm.

Sizin fəaliyyətinizlə bağlı sosial şəbəkələrdə tənqidi yazılar paylaşırlar ki, bəzən ədalətsiz qərarlar olub. Bununla bağlı nə deyə bilərsiniz?

- Məhkəmədən heç bir yerdə hamı razı ola bilməz. Bu, təbii bir şeydir. Həmin illər ərzində mən bir dəfə onlara reaksiya verməmişəm.

Yəni çalışmısınız həmişə ədaləti qoruyasınız..

- Əlbəttə ki, bu təbiidir. Həyatda hər bir insan buna çalışır. Başqa cür ola bilməz. Həmişə bunun üçün çalışmışıq. Bilirsiniz də, nə qədər ədalətli olsaq da, uduzan həmişə narazı qalır. İnsanlar öz vicdanları qarşısında hesabatı düzgün verməlidir ki, qanunidir, ədalətlidir. Olur belə şeylər. Ona görə bu, normal bir şeydir.

Vəzifədə olduğunuz müddətdə hansısa yüksək vəzifəli şəxsin təzyiqi ilə üzləşmisinizmi?

- Heç vaxt… Kimsə buna cəsarət edə bilməz. Heç kim də təzyiq edə bilməz.




Paylaş:


Müəllif : Tarix:
10-03-2023, 12:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər