reklam
Regionxeberlericom.az » Araşdırma » Yaşadığınız binalar zəlzələyə davamlıdır? - Sorğu

reklam

Yaşadığınız binalar zəlzələyə davamlıdır? - Sorğu
















Sosial Tədqiqatlar Mərkəzi Türkiyədə 46 mindən çox insanın ölümü ilə nəticələnmiş zəlzələdən sonra Azərbaycanda bu kimi hallara qarşı ictimai davranış və mühakimələrin öyrənilməsi məqsədilə rəy sorğusu keçirib.

Sorğuda iştirak edənlərin cəmi 11%-i yaşadığı binanın zəlzələ ehtimalına qarşı möhkəmliyinin yoxlanıldığını və dözümlülüyünün təsdiq edildiyini bildirib. İştirakçıların 70%-i yaşadığı binanın mümkün zəlzələ hadisəsinə qarşı dözümlü olduğuna inanır. 48%-i isə yaşadığı binanın tikinti norma və qaydalarına uyğunluq baxımından etibarlı olduğunu bildirib.

Yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmayan sakinlər bu mövqeyini müxtəlif amillərlə əsaslandırıb. Onlar inamsızlığını istifadə edilən tikinti materialların keyfiyyətinin aşağı olması, qonşu tikililərin yaxın olması amilləri ilə izah edib. İştirakçıların 23%-i öz mövqeyini dövlət nəzarətinin yetərli olmaması, 17%-i tikinti aparan şəxslərin/şirkətlərin peşəkar olmaması və digər faktorlar ilə əsaslandırıb.

Köhnə binalarda yaşayanların isə 54%-i binanın zəlzələ riskinə qarşı zəifliyini binanın yaşı ilə əlaqələndirib. Mövqeyini binanın zirzəmisinə axıdılan çirkab suları ilə əsaslandırıb. İnsanların əksəriyyəti ölkədə mümkün zəlzələ riskinə qarşı qabaqlayıcı tədbirlərin görülmədiyi mövqeyindədir. Yeni binalarda yaşayanların 75%-i, köhnə binalarda məskunlaşanların 85%-i Sovet dövründə tikilmiş binaları zəlzələyə dayanıqlı hesab edir.

Rəy sorğusunda iştirak edənlərin 47%-i zəlzələ və təbii fəlakətlərin ilahi təqdir olduğunu düşünür və ondan qorunmağın mümkün olmadığını hesab edir. 50%-i zəlzələni təbii hadisə kimi qəbul edir və qabaqlayıcı tədbirlər görərək nəticələrindən qorunmağın mümkün olduğunu düşünür.

Qeyd edək ki, sorğuda 384 respondent iştirak edib. 




Paylaş:


Müəllif : Tarix:
11-03-2023, 13:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər