reklam
Regionxeberlericom.az » Araşdırma » 39 yaşlı müəllim əməliyyatdan sonra niyə ölüb?

reklam

39 yaşlı müəllim əməliyyatdan sonra niyə ölüb?















Bakıda 39 yaşlı müəllimənin əməliyyatdan sonra ölməsinin səbəbi açıqlanıb.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva 11.03.2023-cü il tarixində bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Çox ağır vəziyyətdə olan xəstəyə lazımi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu (bağırsaq infarktı) nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb:

“Arzu Əliyeva əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. KTM-ə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və bağırsaq keçməzliyi diaqnozu qoyulub.

Qeyd edək ki, nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansı sıfıra bərabərdir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bakıda ibtidai sinif müəllimi qəfil dünyasını dəyişib. Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəlliməsi Arzu Əliyeva əməliyyatdan bir gün sonra xəstəxanada vəfat edib.




Paylaş:


Müəllif : Tarix:
13-03-2023, 15:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər