reklam
Regionxeberlericom.az » Araşdırma » Putin Ukraynaya niyə gedib?

reklam

Putin Ukraynaya niyə gedib?















Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxarmasından bir gün sonra, martın 18-də Rusiya prezidenti Vladimir Putin ilhaq edilmiş Krımda və müharibənin ilk günlərində dağıdılmış Mariupolda olub.

Bunu Moskvanın təyin etdiyi qubernator Mixail Razvojayev yazıb. Daha sonra məlumat Kremlin saytında yer alıb.

Bu Putinin Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı işğal müahribəsindən sonra Krıma ilk səfəridir. Məlumatda qeyd edilir ki, Putinin bu səfəri Krım yarımadasının ilhaqının doqquzuncu ildönümü ilə bağlıdır.

Rəsmi məlumatlara görə, Putin bundan əvvəl Krımda 2021-ci ilin noyabrında olub. İlhaqın ildönümünə isə ilk dəfə 2020-ci ildən səfər etməyə başlayıb. Ötən il və ondan qabaq Putin 18 mart tarixində Moskvada olub.

Razvojaev teleqram kanalında bu səfərin planlaşdırılan səfər olmadığını qeyd edib. Onun sözlərinə görə, Sevastopolda, Xersonese Tauride yaxınlığındakı incəsənət məktəbi və uşaq mərkəzi "Korsun"un videobağlantı vasitəsilə açılması planlaşdırılsa da, Putin bu açılışa şəxsən gəlib.

Razvojayevin yazdığına görə, Putin “sükan arxasına” gəlib. Amma o, hava məkanı bağlı olan Krıma Putinin necə gəldiyini dəqiqləşdirməyib.

Yayımlanan videoda Putin heç bir siyasi bəyanatla çıxış etmir, sadəcə müşayiətçilərinin ona göstərdiklərini şərh edir.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Putin Ukraynanın şərqində yerləşən Mariupol şəhərində olub. Ukraynanın bu şəhəri Rusiya tərəfindən müharibənin əvvəlində işğal olunub. Rusiya mətbuatının yaydığı məlumata görə, Putin baş nazirin müavini Marat Xusnullinin müşayiəti ilə vertolyotla oraya uçub və şəhəri gəzib.

Qeyd olunur ki, Putin sahil xətti boyunca ərazilərə baxıb, "Nevski" rayonunda yerli sakinlərlə söhbət edib".

Rusiyanın dövlət qurumu olan RİA Novosti tərəfindən yayımlanan videoda Putinin sükan arxasında baş nazirin müavini ilə şəhərin bərpası üçün kreditləri müzakirə edərirlər. Daha sonra Filarmoniya olduğu iddia edilən binanın içərisinə daxil olur.

Rusiya KİV-ləri yazırlar ki, Putin Mariupoldan sonra Rostov-na-Dona gedib və orada “xüsusi hərbi əməliyyat” (Kreml Ukraynadakı müharibəni belə adlandırır-red.) komanda məntəqəsində görüş keçirib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı Mariupol şəhəri artilleriya atəşi nəticəsində demək olar ki, tamamilə dağıdılıb. Rus qoşunları orada çoxsaylı hərbi cinayətlər törətməkdə şübhəli bilinir.

Vladimir Putin Krımın ilhaqını 2014-cü il martın 18-də Moskvada rəsmən elan edib. Rəsmi elandan əvvəl isə Rusiyanın tərkibinə daxil olmaqla bağlı Krımda referendum keçirilib.

Bu səsvermənin nəticələri dünyanın əksər ölkələri tərəfindən tanınmayıb.

Həmin vaxt yarımada Rusiya ordusunun nəzarəti altında idi. Rusiya hakimiyyəti əvvəlcə silahlı şəxslərin Rusiya ordusunun üzvləri olduğunu etiraf etməkdən imtina edib.

Amma bir müddət sonra Putin onların rus əsgərləri olduğunu etiraf edib.

2022-ci il fevralın 24-də Rusiya yenidən Ukraynaya hücum edib və hazırda bu işğal davam edir.

Bu işğala görə, Beynəlxalq Cinayət Məhkəməsi (The International Criminal Court - ICC) “Ukraynada yaranmış vəziyyət kontekstində” martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verdiyini bəyan edib.





Paylaş:


Müəllif : Tarix:
19-03-2023, 15:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər