reklam
Regionxeberlericom.az » Araşdırma » Avropa Məhkəməsi 2 işdə Azərbaycanı 18 500 avro cərimələyib

reklam

Avropa Məhkəməsi 2 işdə Azərbaycanı 18 500 avro cərimələyib

















Avropa Məhkəməsi bu gün iki işdə Azərbaycanı cərimələyib.

Bu barədə məlumatı hüquqşünas Xalid Ağalı sosial şəbəkə hesabında paylaşıb. 

Hüquqşünas bildirib ki, Fədayə Qayıbova Azərbaycana qarşı işində ərizəçinin şəxsi həyata hörmət və mülkiyyət hüquqlarının pozuntusu tanınıb: "Vüqar Abışov Azərbaycana qarşı işində isə Konvensiyanın 3-cü maddəsinin həm prosedural, həm də maddi baxımdan pozuntusu tanınıb. 2 iş üzrə ərizəçilərə 18 500 avro təzminat ödənilməlidir".

Xalid Ağalı həmçinin qeyd edib ki, Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti 5 qərarını martın 30-da elan edəcək:

"Baxşəliyev Azərbaycana qarşı;

Məmmədli və Kazımzadə Azərbaycana qarşı;

Səmədov və başqaları Azərbaycana qarşı;

Savalanlı və başqaları Azərbaycana qarşı;

Şaliyev Azərbaycana qarşı;

Bu işlərin halları haqda AİHM-in sənədlər bazasında məlumat yoxdur".




Paylaş:


Müəllif : Tarix:
23-03-2023, 14:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər