reklam
Regionxeberlericom.az » Araşdırma » Apellyasiya Məhkəməsi İsa Qəmbərin işini araşdıracaq - AÇIQLAMA

reklam

Apellyasiya Məhkəməsi İsa Qəmbərin işini araşdıracaq - AÇIQLAMA















Mayın 15-də Bakı Apellyasiya Məhkəməsində Musavat lideri İsa Qəmbərin şikayəti üzrə proses keçiriləcək.

Bunu Qaynarinfo-ya açıqlamasında İsa Qəmbərin vəkili Nemət Kərimli Dövlət Sosial Müdafiə Fondunun İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilməsi qərarı ilə bağlı şikayətdən danışarkən deyib.

Vəkil İsa Qəmbərin əmək pensiyası ilə bağlı hüquqlarının pozulduğunu bildirib: "Sabiq Ali Sovetin sədrinə 180 manat pensiya veriblər. Biz İsa bəyin əmək pensiyası ilə bağlı hüquqlarını sona kimi müdafiə edəcəyik”.

Qeyd edək ki, mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib. İsa Qəmbər pensiya yaşına - 65 yaşa 2022-ci il fevralın 24-də çatıb. 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.




Paylaş:


Müəllif : Tarix:
28-03-2023, 12:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər