Mayda neçə məhkum əfv olunacaq? - “Rüşvətxorlar, təcavüzlə tutulanlar...”
2023-cü il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ili tamam olacaq. Bu münasibətlə ölkəmizdə əfv sərəncamının imzalanması planlaşdırılır.
Yanvar ayından başlayaraq Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib. İclaslarda 1200-dən çox müraciət nəzərdən keçirilib. Yaxın günlərdə növbəti iclasın keçirilməsi planlaşdırılır.
Komissiyanın indiyədək keçirilən iclaslarında əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki, bu il əfvə düşənlərin sayı keçən ilə nisbətən daha çox olacaq.
"Bu il Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv olacaq. Əfv siyahısında kifayət qədər insan qeyd olunub. Hətta keçən ilə nisbətən daha çox məhkum bağışlanacaq. Təxmini nə qədər insanın əfv siyahısına düşəcəyini deyə bilmərəm. Çünki kifayət qədər çox insan var. Ancaq bizim siyahıda 37 şəxsin adı yer alıb. Həmin siyahıda ömürlük məhbuslardan bir neçəsi var. Bundan başqa islamçılar, jurnalistlər, blogerlər və siyasi motivlə həbs olunan partiya sədrləri də siyahıya əlavə edilib", - deyə N.Cəfəroğlu bildirib.
Hüquqşunas Əkrəm Həsənovun sözlərinə görə, mayda imzalanması gözlənilən əfv sərəncamı ilə əvvəlki illərdən daha çox insan azadlığa qovuşacaq:
"Ehtimal edirəm ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq tariximizdə ən böyük əfv fərmanlarından biri imzalanacaq. Əfv olunacaq insanların sayının çox olacağı bəllidir, ancaq dəqiq rəqəm demək çətindir. Azərbaycanda belə fərmanın qəbul olunması çox yaxşı addımdır".
Ə.Həsənov vurğulayıb ki, korrupsionerlər, təcavüzə görə tutulanlar əfv siyahısına daxil edilməməlidir:
Kimsə azadlıqdan məhrum ediləndə "Allah onun qapısını açsın" deyirik. Ancaq mən xüsusi amansızlıqla insan öldürənlər, təcavüz edənlər və rüşvətxorların azadlığa çıxmasının əleyhinəyəm. Həmçinin, içimdə bir qorxu var ki, sadaladığım tipdə olan insanlardan bəziləri əfv oluna bilər. Azərbaycanda ən çox korrupsiya üzərindən insanlar azadlıqdan məhrum edilir. Lakin digər cinayətləri törədənlər siyahıya əlavə oluna bilər. Təbii ki, bu, cəzalarının bir qismini çəkdikdən sonra həyata keçirilməlidir. Ümumiyyətlə, onu da söyləmək lazımdır ki, azadlıqdan məhrumetmə yerlərində çox insanın olması Azərbaycanın özünün xeyrinə deyil. Yəni bizdən tutulan vergilər oraya xərclənir. Azadlıqdan məhrum edilənlərin sayının çoxluğuna görə Azərbaycan dünyada yüksək yerlərdə qərarlaşıb".
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2023, 12:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər