Müharibə iştirakçısına nə üçün veteran statusu verilmir? – Açıqlama
Ağdamın Birinci Dördyol qəsəbə sakini, İkinci Qarabağ müharibəsində iştirak etmiş 1998-ci il təvəllüdlü Nicat Əli oğlu Cabbarov veteran statusu ala bilmədiyini deyir.
RegionXəbərləricom.az Meydan TV-yə istinadla xəbər verir ki, o, 2020-ci ilinin iyununda hərbi xidmətə yollanıb:
“Əsgərliyə gedəndən iki ay sonra – sentyabrda müharibə başladı. Məni də döyüşə göndərdilər. Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm, medallarım var. Döyüşlərdə iştirakımla bağlı hərbi biletimə də yazılıb”.
Keçmiş döyüşçü söyləyir ki, ona veteranlıq verilməyib və əsaslı səbəb də göstərilməyib:
“Döyüşlərdə iştirak etmişəm, yaralanmasam da, ən azından veteran statusum olmalı idi. Prezident İlham Əliyev 2021-ci ildə “Müharibə veteranı” statusunun verilməsi ilə əlaqədar Sərəncam imzaladı. Məndən başqa az qala, hamıya veteranlıq verildi”.
“Prezident və Birinci vitse-prezidentə üç dəfə yazmışam, cavab almamışam”
Nicat Cabbarov deyir ki, burada ayrı-seçkilik var, çünki veteranlıq alması ilə əlaqədar bütün aidiyyəti qurumlara müraciətlər edib. Amma hər dəfə ona gözləmək tövsiyə olunub:
“Prezidentin sərəncamından sonra bir neçə ay gözlədim. Səs-soraq çıxmadığını görüb, 2022-ci ilin mayından etibarən bütün dövlət qurumlarına müraciət etməyə başladım. İlkin olaraq Ombudsman Aparatına elektron müraciət etdim. Oradan cavab gəldi ki, müraciətiniz Müdafiə Nazirliyinə yönləndirilib”.
“Müdafiə Nazirliyindən isə cavab gəldi ki, xidmət göstərdiyiniz hərbi hissəyə yönləndirilib. Hərbi hissənin də cavabı bu oldu ki, işinizə baxılacaq. Hələ də gözləyirəm, heç bir nəticə yoxdur. Prezident və Birinci vitse-prezidentə üç dəfə yazmışam, heç birindən cavab almamışam. Respublika Hərbi və Baş Prokurorluqlarına da yazmışam. Məsələmə baxılmır”, – deyə o bildirib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Nicat Cabbarovun sənədləri Müdafiə Nazirliyinin Veteranlar komissiyasından keçib.
“Növbəli şəkildə razılaşdırılması üçün Nazirlər Kabinetinə gondəriləcək”, – qurumun mətbuat xidmətindən bildirilib.
Kimlər müharibə veteranı hesab edilir?
Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanda veteran statusu ilə bağlı narazılıq və şikayətlər olub.
İllərdir ki, müharibədə iştirak edib, müxtəlif bədən xəsarəti alan onlarla döyüşçü hələ də veteran statusu ala bilməməkdən şikayətlənirlər.
İkinci Qarabağ müharibəsindən sonra problem yenidən gündəmə gəlib.
“Veteranlar haqqında” Qanunda göstərilir ki, 1994-cü il mayın 12-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş ərazisində hərbi xidmət keçərkən, yaxud döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.
Prezident İlham Əliyev 2021-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi qeyd olunub.
Bundan başqa, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi də nəzərdə tutulub.
Qərar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minib.
Veteranlıq statusunu alanlara 80 manat müavinət verilir.
“Veteran statusu döyüşlərdə birbaşa iştirak edənlərə verilir”
Hərbi ekspert İbrahim Rüstəmli deyir ki, veteran statusu yalnız döyüşlərdə birbaşa iştirak edənlərə verilir:
“Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün şəxslər müharibə veteranı vəsiqəsi ilə təmin olunurlar. Müharibə zamanı müxtəlif eşelonlar olub. Məsələn, birinci eşelonlardakılar mövqeləri azad ediblər. Növbəti gələnlər isə mühafizə eşelonu olub, əraziyə nəzarət ediblər. Yəni onlar top-tüfəng səsi eşitməyiblər. Yaxud da uzaqdan eşidiblər, onların ərazilərinə mərmi düşməyib”.
“Döyüşdə birbaşa iştirak etməyən adama müharibə veteranı vəsiqəsi verilmir. Birmənalı şəkildə döyüşdə iştirak edib, amma yaralanmayan bütün şəxsi heyət müharibə veteranı vəsiqəsi almalıdır”, – deyə ekspert qeyd edib.
“Düşünürük ki, bu, ədalətsizlikdir, haqsızlıqdır”
“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə hesab edir ki, İkinci Qarabağ müharibəsində cüzi xidmətləri olan hər bir vətəndaşa veteran statusu verilməlidir:
“Veteran statusunun verilməsi ilə əlaqədar yeni qaydalar İkinci Qarabağ müharibəsində iştirak edənlərə medallar veriləndən sonra müəyyənləşdi. Bu qaydalara əsasən də, istər müxtəlif regionlarda, istərsə də müharibə ərazisində toplanışda olan adamlara veteran statusu şamil edilmir. Adamlar Azərbaycanın müxtəlif regionlarında çağırışa gəlirdilər. Toplanış məntəqələrində müxtəlif hərbi hissələrdə təlim keçirdilər, hazırlıq görürdülər. Sonra onları cəbhəyə, döyüşə aparırdılar”.
“Adamlar var ki, çağırışla gəlib, toplanışda iştirak edib, döyüşə buraxılmayıblar. Bu adamların çoxu narazıdır. Toplanışın eləsi var, birbaşa döyüş ərazisi olub. Onlar da vurula, şəhid ola bilərdi. Bu məqam nəzərdən qaçırılıb. Toplanışda olanların əksəriyyəti sanitar kimi fəaliyyət göstərib. Yaralıların və həlak olanların nəşinin çıxarılmasında iştirak ediblər. Düşmənin mərmilərinin atəşi altında olub. Amma bu gün onların adları əmrdə yoxdur. Onlara veteranlıq verilmir. Düşünürük ki, bu, ədalətsizlikdir, haqsızlıqdır”, – Rey Kərimoğlu belə deyir.
Rey Kərimoğlu hesab edir ki, veteran statusunun verilməsi qaydalarına yenidən baxılmalı, dəyişiklik edilməlidir: “Müvafiq qurumlara kifayət qədər məlumatlar verilib. Dövlətin hərbi strukturları, məsuliyyətli şəxsləri bilirlər. Təəssüf ki, hələlik məsələ həll edilməmiş olaraq qalır”.
“Hərbi hissə deyir ki, filankəs döyüşdə olmayıb. Amma baxrsan ki, hərbi hissədən iki yüz adama sücaət medalı verilib. Bəs yaxşı, bu necə iştirak etməyib ki, medalı vermisiniz? Əvvəldən deyildiyi kimi görünür, hardasa, qanunsuzluq, saxtakarlıq da olub. Həqiqətən, döyüşənlərin bir qismi kənarda qaldı. Müharibədə elə də iştirak etməyən adamlata medal, ordenlərin qanunsuz yollarla verilməsi oldu. Bunların hamısı aradan qaldırılmalıdır”, – o bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-04-2023, 19:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər