20 nömrəli məktəbdəki kütləvi zəhərlənmə barədə rəsmi açıqlama - Yenilənib
“Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub”.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
“Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur”, - məlumatda deyilir.
***12:44
Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə olduğu bildirilir.
Bu barədə valideynlər məlumat veriblər.
Valideynlərin sözlərinə görə, 10-a yaxın uşaq məktəbin bufetində yedikləri naqetsdən zəhərlənib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-04-2023, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər