Azərbaycanlı İŞİD-çiyə hökm oxundu
Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdə ittiham olunan Akif Osmanovun məhkəməyə verdiyi ifadəsi məlum olub.
RegionXəbərləricom.az Pravda-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilib.
Akif Osmanov ifadəsində göstərib ki, 2013-cü ilin aprel ayınlda iş yoldaşı Elşad və onun tanışı Cavidlə birlikdə Gəncə hava limanından Türkiyəyə gedib, Suriyaya keçmək imkanları olmadığından onlar iki ay orada qalıblar. İki aydan sonra Salman adlı şəxs onlara köməklik göstərib. Həmin şəxslər Adanaya gedib, orada yol hazır olandan sonra - 2013-ci ilin təxminən iyul ayında qaçaq yolla atla Suriyaya keçiblər.
Suriyaya keçəndən sonra Akif orada “Abu Yahya” dini ləqəbli Nicat Aşurov adlı azərbaycanlının rəhbərlik etdiyi “Azəri camaatı”na daxil olub, idman təlimlərində, dini təlimlərdə və hərbi təlimlərdə iştirak edib. Üzv olduğu qruplaşmada 30-35 nəfər şəxs olub. Lakin qrup üzvlərinin hamısı azərbaycanlı olmayıblar. Azərbaycan dilini bildikləri üçün orada özbəklər, türklər də həmin qruplaşmaya üzv olublar. Həmin şəxslərdə ağır texnikalar, yəni tank və ya top olmayıb, yalnız avtomat “Kalaşnikov” varmış. Təlimlərdə avtomat silahların sökülüb yığılması öyrədilib.
O, dindirilərkən hərbi təlimlərdə ara-sıra iştirak etdiyini söyləyib. Əvvəllər Azərbaycanda hərbi qulluq keçdiyi üçün silahların sökülüb-yığılmasını bilib və bunu öyrənməyə əlavə ehtiyac qalmayıb. Şeyx Süleymanda olduğu vaxtlarda silah çatışmadığından ona silah verilməyib.
Yeni gələnlər orada təlim keçib, sonra camaatlara bölüşülüb və Haritan qəsəbəsinə göndəriliblər. "Abu Yəhya camaatı”na keçib, 2-3 gündən sonra onlar Haritana gediblər. Akifə ərəbcə "Abu Ömər" adı verilib. Orada gündüz növbətçi çıxanda həmin şəxslərə 1 saatlığına silah verilib. Həmin silah tam işlək vəziyyətdə, patronlarla dolu olub.
Akif Osmanov deyib ki, Suriyada günorta vaxtlarında keşikçilikdən başqa fəaliyyəti olmayıb, heç kimə atəş açmayıb, heç bir aktiv döyüşdə iştirak etməyib. Ailələri Türkiyə sərhəddində yerləşən Atma şəhərində qalıb. O, təlimə getdiyi uşaqlarla birlikdə maşın olandan-olana Şeyx Süleyman bölgəsindən 2-3 gündən bir evinə ailəsinin yanına gedib, subaylar isə orada qalıblar.
Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, 2013-cü ilin noyabr ayında onun gözü zəif gördüyündən əməliyyatlara buraxmayıb. Həmin ərəfədə onların camaat üzvləri mühasirəyə düşüb, onları 7-8 nəfərlə köməyə göndəriblər. Həmin şəxslər mühasirə yerinə çatıb maşından düşərkən yanlarında mina partlayıb və Akif ayağından qəlpə yarası alıb.
Bundan sonra bir müddət müalicə olunub və normallaşdıqdan sonra 2014-cü ilin yanvar ayında ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə keçib. Suriyada təxminən 6 ay qalıb. 2016-cı ilin noyabr ayınadək Türkiyənin İstanbul şəhərində yaşayıb, sonra Düzcə şəhərinə köçüblər. Türkiyədə olarkən o, işləri ilə əlaqədar Qazaxıstana gedib. Sonra Türkiyəyə geri qayıdan zaman Azərbaycan vəsiqəsi ilə Türkiyə onu qəbul etməyib.
Türkiyəyə qayıda bilməsi üçün o, Qazağıstanda Salman adlı türk vətəndaşı ilə tanış olub. Həmin şəxs pul qarşılığında ona köməklik edib və onun köməkliyi ilə Özbəkistan vəsiqəsi alıb. Akif həmin vəsiqə ilə Türkiyəyə qayıdıb. Orada qonşuların şikayəti əsasında polis onları bir yerdə qaldıqları 5 nəfər türklə birlikdə 2016-cı ilin noyabr ayının 9-da tutublar.
Əvvəlcə onlara sadəcə şikayət olduğunu və 3 gündən sonra buraxılacaqlarını desələr də, lakin buraxmayıblar. 2017-ci ilin mart ayında onlar məhkəməyə çıxarılıb və barələrində İŞİD terror qruplaşmasına üzv olmaları adı ilə 8 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub. Daha sonra onlar apellyasiya şikayəti veriblər. İkinci dəfə də məhkəmə olub və şikayətləri təmin edilməyib. Sonra həmin şəxslər Ali Məhkəməyə şikayət ediblər.
2021-ci ilin oktyabr ayında onların İŞİD terror qrupunun üzvü olmalarını təsdiq edən heç bir dəlil-sübut olmadığından bəraət alıblar və 2021-ci il oktyabr ayının 7-də azadlığa buraxılıblar. Bəraət aldıqdan sonra Akif xarici ölkə vətəndaşı olduğundan deport edilməkdən ötrü Kayseri İlgöç idarəsinə təhvil verilib, 6 ay da orada qalıb. Daha sonra 2022-ci ilin aprel ayında Azərbaycana deport ediblər. Azərbaycana gələndə isə hava limanında gecə DTX-nin əməkdaşları onu qarşılayıb.
2022-ci ilin may ayının 11-də növbəti sorğu-suala gedəndə isə artıq DTX tərəfindən saxlanılıb.
Akif Osmanov bildirib ki, o, Suriyaya getməzdən əvvəl Bakı şəhərində “Moskva” univermağında zərgər işləyib. Elşad da onunla bərabər zərgər imiş.
O söyləyib ki, Suriyaya gedəndə orada daha yaxşı yaşayacağına ümid etməyib, qazanc məqsədi ilə ora yollanmayıb. Suriyaya getməkdə məqsədinin nə olduğunu başa düşməyib, birlikdə işlədiyi uşaqların tələsinə düşüb. Sözdə din yolu ilə əlaqəli gedib. Suriyaya gedənə qədər əhli sünnə təriqəti ilə ibadətlə məşğul olub. Ailəsinin Suriyada qalması xərclərini o, özü ödəyib.
Azərbaycandan gedərkən özü ilə müəyyən məbləğdə pul götürüb. Orada ona cəmi 1-2 dəfə Abu Yəhya hərdən 50 dollar pul verib. Abu Yəhya ləqəbli azərbaycanlı ölüb. Eyni zamanda Elşadın öldüyünü də eşidib, Caviddən isə heç xəbəri olamyıb. Suriyaya getməkdə çox peşiman olub.Ailə-uşaqlarımı 6 ildən artıq bir müddət ərzində görə bilməyib. Onun ailəsi hazırda Dəvəçidə valideyinlərinin yanında yaşayırlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Akif Osmanov 4 il azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-04-2023, 16:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər