reklam
Regionxeberlericom.az » Araşdırma » “Videoları görəndə ürəyim parça-parça olur” - Aqşinin atası + Video

reklam

“Videoları görəndə ürəyim parça-parça olur” - Aqşinin atası + Video
















“Bu, vəhşiliyin son həddidir. Beynəlxalq təşkilatlara müraciətimiz odur ki, yaxın zamanda əsirlərimiz geri qaytarılsın”.

Bu sözləri "BakuTV”yə Ermənistanda əsir götürülən əsgər Aqşin Bəbirovun atası Qabil Bəbirov deyib.

O, sosial şəbəkələrdə yayımlanan Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı görüntülərə baxdıqda özünü çox pis hiss etdiyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun iki hərbçisi - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Əsir götürülən hərbçilərimizə qarşı işgəncə verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

 


 

 




Paylaş:


Müəllif : Tarix:
14-04-2023, 08:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər