Bakıda ağacları kəsib yerində obyekt tikirlər? – Açıqlama + Yenilənib
Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və tikinti altına düşən bir tut ağacının və iki kol bitkisin kəsilərək məhv edildiyi aşkar olunub:
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
***15.04.2023; 20:32
Bakıda gecə saatlarında yol kənarında yaşıllıq hissədə tikinti işərinə başlanıb.
RegionXəbərləricom.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində çəkilib.
Sakinlər 1 A saylı binanın qarşısında yaşıllığın məhv edildiyini, obyekt tikildiyini iddia edirlər.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları həmin ünvana gəliblər. Onlar görülən işlərə müdaxilə ediblər.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda keçirilmiş monitorinq zamanı müvafiq icazə sənədi olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. İşlərin qarşısı alınıb. Sözügedən ünvan nəzarətə götürülüb.
Ətraflı videomaterialı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:16-04-2023, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər