“Hərbi Prokurorluğun müstəntiqi Ülvi Əhmədov üstümə çıxıb məni təpikləyirdi” - “Tərtər işi”
Tərtər hadisələri zamanı işgəncələrə məruz qalan, hazırda zərərçəkmiş qismində tanınan şəxslərin bir qisminə dəfələrlə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməyib. Bu üzdən həmin zərərçəkmişlər haqqında məhkəmə məcburi gətirilmə qərarı çıxarıb.
Söhbət Tərtər hadisələri zamanı işgəncə verməyə görə həbs olunanlardan 4 nəfərin – hərbi hissə komandiri olmuş, polkovnik Vüsal Ələsgərov, qərargah rəisi olmuş Rəşid Niftəliyevin, müddətdən artıq xidmət edən hərbi qulluqçular – kəşfiyyatçı Ramil Qarayev və Rüstəm Ələsgərovun işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin bir qismindən gedir. Bu dörd nəfərin işində ümumilikdə 192 nəfər zərərçəkmiş kimi tanınıb. Onlardan da bir neçəsi işgəncələr zamanı həyatını itirənlərin hüquqi varisləridir.
Adları çəkilən 4 nəfər təqsirləndirilən şəxsin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.
Xanlar Vəliyev, Hikmət Həsənovun məhkəmədə dindirilməsi tələb olunur
Budəfəki məhkəmədə işgəncə nəticəsində həyatını itirmiş hərbçi Elçin Quliyevin anası Validə Əhmədova Hərbi Prokuror Xanlar Vəliyev, Tərtər hadisələri zamanı korpus komandiri olmuş general Hikmət Həsənov, o vakit hərbi hissə komandiri olan Teymur Məmmədov da daxil olmaqla, bir sıra vəzifəli şəxslərin məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb. O, vəsatətində göstərib ki, indiyədək dindirilən zərərçəkmişlərin ifadələrində adları çəkilən vəzifəli şəxslərin hamısı prosesə cəlb olunmalıdır.
Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb. Qərarı da belə əsaslandırıb ki, vəsatətdə adları göstərilən şəxslərin bir hissəsi ittiham tərəfinin məhkəməyə təqdim etdiyi şahidlər siyahısında var və onlar məhkəməyə çağırılacaq. Qalanlarıyla bağlı məsələyə isə əsas şahidlər dindiriləndən sonrasında baxıla bilər.
Sonrasında məhkəmədə iştirak edən zərərçəkmişlər dindirilib. Onlardan Məmməd İsmayılov ifadəsində bildirib ki, işgəncə veriləndə gözləri bağlı olduğuna görə döyənlərin kim bulunduğunu görmürdü. Amma səslərindən hiss edirdi ki, 4-5 nəfərdilər:
“Orada işgəncəyə məruz qalanlar çox idi. Hamı qışqırıb deyirdi ki, “günahım yoxdur”, “bilmirəm”. Köynəyimi cırıb gözümü bağlamışdılar”.
Hikmət Həsənov və Xanlar Vəliyev. Foto: Meydan TV
Onun sözlərinə görə, işgəncələrdən sonrasında sərəncama göndərilib. İşinə qayıtmağa çox çalışıb:
“Sərəncamda olduğum müddətdə Babək Səmidli (2020-ci ildə mina partlayışı nəticəsində həlak olan polkovnik) dəfələrlə yemin etti, əməl eləmədi. Dedim ki, qaytarmasalar da, heç olmasa, işdə travma almağım haqda arayış versinlər. Onu da eləmirdilər. Müdafiə Nazirliyinə yaxın buraxmırdılar”.
Məmməd İsmayılov bir neçə il əvvəl Tərtər işgəncələrinə görə həbs olunan Sənan Maşıyev, Cabir Qəhrəmanov və digərlərinin işi üzrə zərərçəkən qismində tanınmışdı. Adları çəkilən şəxslər bir müddət həbsdə saxlandıqdan sonrasında vaxtından əvvəl azadlığa buraxıldı. Amma 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat yenilənəndən sonrasında yenidən həbs olundular.
Məmməd İsmayılov deyir ki, o vakit zərərçəkmiş kimi məhkəməyə gedib-gəldiyi dövrdə polkovnik Teymur Məmmədov ona hərbi sahədə çalışdığı dövrdə travma alması haqda arayış verməyə razılaşıb, amma şərt qoyub:
“Teymur Məmmədov dedi ki, sənə arayış verərik, amma sən də bizim istədiyimizi verəcəksən. Onda Sənan Maşıyev, Fuad Ağayevgilin məhkəməsi gedirdi. Ərizəyə qol çəkməliydim ki, mənə dəyən maddi və mənəvi ziyan tam ödənilib, düzdür, bu adamlar məni döyüblər, amma 22 nəfər vətən xainlərini ortaya çıxarıblar, ona görə şikayətim yoxdur. Mən bu ərizəyə qol çəkmədim. Dedim, gedib evdə məsləhətləşim, sonrasında. Onlar da arayış vermədilər. Sonrasında məni ümumiyyətlə, ordudan çıxardılar. 2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yeniləndi, 2022-ci ildə məni yenidən işə bərpa elədilər”.
“Onları ölümcül vəziyyətə salıb, ikinci mərtəbədən atırdılar”
Tərtər hadisələri baş verən dövrdə manqa komandiri olmuş Ramin İsayev də məhkəmədə dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Rüstəm Ələsgərovu tanıyır.
“Teymur Məmmədov, Daşqın Süleymanov və başqaları bu gün burada oturmayıbsa, mən nə danışım?”, – deyə zərərçəkmiş həmin şəxslərin də cəzalandırılmasını tələb edib.
Onun sözlərinə görə, məruz qaldığı işgəncələr nəticəsində qabırğası, çiyni sınıb.
Təqsirləndirilən Rüstəm Ələsgərov bundan əvvəlki məhkəmə iclaslarında bildirib ki, işgəncələrdə iştirak etməyib, sadəcə, hərbi hissə binasının mühafizəsini həyata keçirib. Lakin Ramin İsayev deyir ki, onu işgəncə verilən ikinci mərtəbədə görüb:
“Demirəm ki, işgəncə verən yerdə görmüşəm. Əlində su vedrəsi vardı. Həmin sudan da çəlləklərə tökülürdü, suda boğma ilə işgəncə vermək üçün istifadə edirdilər. Rüstəm deyir ki, ancaq binanın mühafizəsində dayanıb. Deyir də… O hərbi hissənin kəşfiyyatçılarının hamısı orada olub”.
Ramin İsayevin sözlərinə görə, işgəncə nəticəsində komaya düşüb, hospitala aparılıb.
O, işgəncə nəticəsində ölən hərbçilərdən Mehman Hüseynov, Elxan Ağazadə, polkovnik Saleh Qafarovun hərbi hissənin ikinci mərtəbəsindən atıldığını bildirib: “Cümşüdov Saleh Qafarovun ağzını cırıb qulağının dibinə gətirdi. Saleh Qafarovu, Mehman Hüseynovu, Elxan Ağazadəni döyüb ölümcül elədilər, sonrasında da tulladılar ikinci mərtəbədən aşağı. Rüstəm Ələsgərov deyir ki, binanın mühafizəsində olub, onda çöldə idisə, bu adamların ikinci mərtəbədən düşməsini də görməliydi”.
Rüstəm Ələsgərov bildirib ki, nə ikinci mərtəbədə olub, nə də adları çəkilən hərbçilərin ikinci mərtəbədən düşdüyünü görüb.
“Hərbi Prokurorluğun müstəntiqləri məni təpikləyirdi”
Zərərçəkmiş Sənan Qarayev danışır ki, hərbi hissə komandiri Teymur Məmmədovun çağırışıyla işgəncə verilən yerə getmişdi. Orada gözlərini bağlayıb, sifət nahiyəsindən təpiklə vurub yıxıblar:
“Anar Cavadov topuğumdan boynumun ardına qədər boru ilə döyməyə başladı. Orada insanları məhv edirdilər. Bizi dörd nəfər bir-birimizə bağlayıb, toka verdilər. Boğazıma ip salırdılar, boğulurdum, öskürürdüm, buraxırdılar. Ayaqlarımın altına şlanqla o qədər vurmuşdular, gəzə bilmirdim. Bizi qatar kimi düzüb aparanda gəzə bilmədiyimə görə yıxıldım. Yıxılmağıma görə Teymur Məmmədov məni o qədər döydü…”.
Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub, 20 il azadlıqdan məhrumetmə cəzası alan, 5 il 7 ay 2 gün həbsdə saxlandıqdan sonrasında bəraət hökmüylə azadlığa buraxılan Atabəy Rəhimov da zərərçəkmişlər arasındadır. O, tabeliyində olan əsgərləri aparıb ermənilə zorlatdırmaqda təqsirləndirilib. Zərərçəkmişin sözlərinə görə, 5 əsgərindən onun əleyhinə ifadə alınıb:
“Deyirdilər ki, komandir, işgəncələrə dözə bilmirik, yaşamaq üçün o ifadələri verməyə məcburuq”.
Zopa ilə döyüldüyünü, dırnaqlarının çəkildiyini, toka verildiyini deyən Atabəy Rəhimov o vakit leytenant rütbəsilə zabit kimi xidmət edib.
O, işgəncələrdə korpus komandiri Hikmət Həsənov, Hərbi Prokurorun müavini Şəfahət İmranov və prokurorluğun müstəntiqlərinin şəxsən iştirak etdiklərini bildirib:
“Hərbi Prokurorluğun müstəntiqi Ülvi Əhmədov üstümə çıxıb məni təpikləyirdi. O biri müstəntiqlər Vətən Əliyev, Elməddin Musayev, Xanlar Babayev də onun kimi. Hamısının gözünün qarşısında olub baş verənlər. Hərbi prokurorun müavini Şəfahət İmranov stolun üstündə tum çırtlayıb, qabıqlarını qalaqlamışdı, işgəncə göstərişləri verirdi”.
Zərərçəkmiş Cəsur Qurbanov bildirib ki, ona işgəncə verməklə kifayətlənməyiblər. Hətta işgəncədən ölən şəxsin meyitini göstərib, ermənilərlə əməkdaşlı boynuna almasa, aqibətinin bu cür olacağıyla hədələyiblər:
“Başımdan torbanı çıxaranda meyiti gördüm. O biri otağa keçirəndə gördüm ki, insanın ayaqlarının birini sağa, o birini sola dartıb, toka verirlər. Məni tros məftillə döyürdülər. Toku bədənimin burada deyə bilməyəcəyim hissələrinə verəndə ürəyim getdi. Dırnağımı kəlbətinlə çəkirdilər, ağzıma vedrə ilə su tökürdülər. Ayağımda mismarla iki deşik açdılar”.
Onun sözlərinə görə, işgəncələr zamanı təqsirləndirilən şəxslərdən Rəşid Niftəliyevin də iştirakının şahidi olub.
Lakin Rəşid Niftəliyev orada olması haqda deyilənləri təkzib edib.
Cəsur Qurbanov ifadəsində əlavə edib ki, xidmət etdiyi dövrdə hərbçilərə çatası ərzağın oğurlanmasıyla bağlı halların şahidi olurdu. Bununla bağlı xüsusi şöbəyə məruzə eləmişdi.
Təqsirləndirilən polkovnik Vüsal Ələsgərov bildirib ki, xidmət etdiyi 30 il ərzində həmişə əsgərlərin yeməyi, geyimindən kəsilməsi, pulların mənimsənilməsi hallarına qarşı mübarizə aparıb:
“Mənə görə, əsgərin yeməyindən, əynindən, cibindən kəsən ən axırıncı adamdır”.
Adları çəkilən dörd nəfərin işi üzrə məhkəmə araşdırmaları mayın 10-da davam edəcək. Onların heç biri ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonrasında zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.
İcraat yenilənəndən sonrasında dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonrasında onlara bəraət verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2023, 08:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər