reklam
Regionxeberlericom.az » Araşdırma » 3 ayda yol qəzaları bu qədər can aldı - 74 %-i kişilərdir

reklam

3 ayda yol qəzaları bu qədər can aldı - 74 %-i kişilərdir
















2023-cü ilin yanvar-mart aylarında 370 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olub.

Onlardan 173-ü həlak olub, 326-sı isə yaralanıb. Hadisələrin 46,8 faizi gündüz, 31,9 faizi gecə, 21,3 faizi isə toran vaxtı baş vermiş, 26,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 2,3 faiz artaraq 132 nəfər, yaralananların sayı isə 5,7 faiz azalaraq 316 nəfər olub.
























Bütün yol-nəqliyyat hadisələrinin 38,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,0 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş verib.

Nəticədə 3 nəfər həlak olub, 16 nəfər yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.




Paylaş:


Müəllif : Tarix:
12-05-2023, 15:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər