reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycanda vəkil niyə tapılmır? - “Qəbul planı azalıb, hüquqşünaslar maaş üçün...”

reklam

Azərbaycanda vəkil niyə tapılmır? - “Qəbul planı azalıb, hüquqşünaslar maaş üçün...”














“Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatında göstərilir ki, 2018-ci il üzrə Avropa ölkələri arasında hər yüz min nəfərə düşən vəkil sayına görə Azərbaycan sonuncu yerdədir.

Belə ki, bu göstərici Azərbaycanda 15,7 olduğu halda Avropa üzrə orta rəqəm 164-dür. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici Ermənistanda 72,2, Gürcüstanda isə 123-dür. Azərbaycan Vəkillər Kollegiyasının açıqladığı son rəqəmlərə görə, ölkədə 2132 kollegiya üzvü vəkil var, beləliklə, ölkə üzrə hər yüz min nəfərə düşən vəkil sayı təxminən 21.3-dür.

Lakin Bakıdan kənarda yaşayan təxmini 7 milyon insan üçün cəmi 453 vəkil var, deməli, regionlarda yaşayan əhali üçün hər yüz min nəfərə cəmi 6.4 vəkil düşür. Yəni 2018-ci ildən bəri, son üç ildə vəkillərin sayında bir qədər artım müşahidə edilsə də, Azərbaycan Avropa ölkələri arasında hələ də sonuncu yerdədir.

Yuxarıda sadaladığımız ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayının azaldılması tək tələbin olmaması və resurs israfı ilə deyil, həm də, Azərbaycan universitetlərinin həmin ixtisaslarda o qədər çox kadr yetişdirmək potensialının olmaması ilə də izah oluna bilər”.

Bunu təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib.

Qeyd edək ki, son illər ölkədə vəkillərin sayının az olması ilə bağlı fikirlər tez-tez səslənir. Bunun əsas səbəblərindən biri kimi məhz hüquq fakültəsi məzunlarının sayının azlığı göstərilir. Bir neçə il öncə ölkədəki ali məktəblərin bir çoxunda hüquq fakültəsi fəaliyyət göstərsə də, sonrakı illərdə əksər universitetlərdə həmin fakültələr ləğv edildi.

Hazırda ölkədə vəkil çatışmazlığının səbəbi bu ixtisasa ayrılan qəbul planının azlığı, yoxsa vəkil olmaq istəyənlərin azalmasıdır?

Vəkil Əsabəli Mustafayev Cebhe.info-ya bildirib ki, ölkədə vəkillərin sayı Avropa standartlarından çox azdır:

“Əsasən regionlarda vəkil sayı azdır və bu da gözlənilən idi. Çünki insanların əksəriyyəti gəlib Bakıda ali təhsil alır və sonradan paytaxtda qalırlar. Regionlarda universitet yoxdur və eləcə də iş qıtlığı olduğu üçün hüquqşünaslar regionlara qayıtmır. Ona görə də regionlarda vəkil qıtlığı var. Ümumiyyətlə, deməzdim ki, vəkillərin sayında azalma gedib, sadəcə son zamanlar hüquqşünaslıq ixtisasına qəbul sayı azalıb.

Hüququ tədris edən fakültələrin sayı olduqca azdır. Hazırda BDU-da hüquq fakültəsi, bir də Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi idarəetmə fakültəsində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alanlar var. Yəni sırf Hüquq fakültəsi üzrə ali təhsilli, bakalavr buraxılışı yalnız BDU-dadır ki, onun da sayı azdır”.

Vəkil bildirib ki, son zamanlar ölkədə bir çox istiqamətlərdə- həm iqtisadi, həm ictimai sahələrdə hüquqşünaslara ehtiyac artıb:

“Məsələn, dövlət orqanlarında çox sayda vakansiyalar, hüquq-mühafizə orqanlarına qəbul var. Ali təhsilli hüquqşünaslar daha çox dövlət qurumlarında işləməyə üstünlük verirlər. Xüsusilə də hüquq-mühafizə orqanlarında, ədliyyə sistemində, polisdə, prokurorluqda çalışırlar. Çünki orada stabil maaş, bir neçə ildən bir maaş, rütbə artımı var. Vəkillikdə isə bir qədər fərqlidir. Burada işləmək şəxsin qabiliyyətindən asılıdır, rəqabət var.

Vəkillər çox qazanmaq üçün daha öz üzərində işləməlidirlər. Bir qədər yorucu işdir. Ona görə də gənclər əsasən hüquq-mühafizə orqanlarına meyil göstərirlər. Ancaq inanıram ki, vəkilin hörməti, cəmiyyətdə, insan hüquqlarının mühafizəsində rolu artdıqca, vəkillərin də sayı artacaq. Güman edirəm ki, 3-4 ilə vəkillərin sayı 3 min nəfəri keçəcək”.

Həmsöhbətimiz bildirib ki, Hüquq fakültələrinin artmasına ehtiyac var:

“Əvvəllər bir çox universitetdə Hüquq fakültəsi var idi, hamsını ləğv etdlər. İndi ya BDU-da bu fakültəyə qəbulun sayını artırmaq, ya da bir neçə universitetdə Hüquq fakültəsinin açılmasına icazə vermək lazımdır. Çünki tədricən hüquqşünaslara ehtiyac daha da artacaq”.




Paylaş:


Müəllif : Tarix:
24-05-2023, 08:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər