Britaniya şirkəti Rasim Məmmədovla bağlı məhkəmə çəkişməsinə qoşuldu
“Baku Steel Company” MMC-nin keçmiş rəhbəri, 2 il 5 aydır həbsdə olan Rasim Məmmədovun 14 il azadlıqdan məhrum edilməsi barədə hökmdə onun təxminən 70 milyonluq əmlakının müsadirə olunması məsələsi də əksini tapıb. Onların arasında “Baku Non Ferrous And Foundry Company”nin əmlakları da var. Britaniyanın “Baumant Sales” LLP şirkəti isə həmin qərara etiraz edib.
RegionXəbərləricom.az Meydan TV-yə istinadən xəbər verir ki, bununla əlaqədar Rasim Məmmədovla bağlı çıxarılmış hökmün ləğvi üçün apelyasiya şikayəti verilib.
Bu şirkət iddia edib ki, “Baku Non Ferrous And Foundry Company”nin əmlaklarının müsadirə olunması onun maraqlarına toxunur. Çünki ona 15 milyon 689 min 324 dollar kredit borcu var.
Rasim Məmmədov haqqında hökm 2022-ci ilin dekabrında çıxarılıb. “Baumant Sales” LLP isə şikayəti bundan 4 ay keçəndən sonra verib. Azərbaycan qanunvericiliyində isə hökmdən apelyasiya şikayəti vermək üçün onu alandan sonra 20 gün müddət nəzərdə tutulub.
Xarici şirkət ötürülən müddətin bərpası üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib. Çünki Rasim Məmmədov haqqında hökm orada çıxarılıb. Lakin bu qurumdan şirkətə rədd cavabı verilib – apelyasiya şikayəti vermək üçün ötürülən müddət bərpa edilməyib. Müddətin bərpası məsələsilə bağlı hakimin qərarından “Baumant Sales” LLP apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi isə belə nəticəyə gəlib ki, müddət bərpa olunmalı və maraqlı tərəf kimi bu şirkətə apelyasiya şikayəti vermək imkanı yaradılmalıdır. Çünki ona vaxtında hökm təqdim olunmayıb, bu səbəbdən şikayət vermək üçün müddət ötürülüb.
Rasim Məmmədovun 14 il azadlıqdan məhrum edilməsi, əmlaklarının isə müsadirə olunması haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verdiyi şikayətə də hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır. O, özünü təqsirli bilmir, prezidentə barəsində yalan məlumat çatdırıldığını, sifarişlə həbs olunduğunu deyir.
Hökmə əsasən, Rasim Məmmədov və yaxınlarına məxsus çoxsaylı əmlaklar müsadirə olunub. Onların sırasında bağ evləri, Bakıda mənzillər, torpaq sahələri, obyektlər və s. var. Həmçinin Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə 108Aünvanında yerləşən “Baku Oxford School”un əmlakı da müsadirə olunan əmlaklar arasındadır. Bu məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə üzərinə həbs qoyularkən bu əmlak 22 milyon manat qiymətləndirilib.
“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-05-2023, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər