"Tərtər işi" üzrə daha 5 hərbçi araşdırma tələb edir -baş prokurora müraciət
"Tərtər işi" üzrə daha 4 hərbçi onlara qarşı törədilən cinayətlərin araşdırılmasını istəyir. Onlar baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar.
Beyləqan rayonunun Dünyamalılar kənd sakini Lətifov Azər Ziyad oğlu tərəfindən Musavat.com-a təqdim olunan müraciətdə deyilir:
Hörmətli Kamran müəllim,
Mənim qardaşım gizir Lətif Ziyad oğlu Lətifov xidmət yoldaşları olmuş Daşqın Musa oğlu Heydərov, Zamiq Zahid oğlu Əlimanov, Elşən Qasım oğlu Qasımov və Ruslan Mirağali oğlu Cavadovla birlikdə Müdafiə Nazirliyinin 161 nömrəli hərbi hissəsində xidmətdə olublar. 2016-cı ilin noyabrında əsassız və sübuta yetirilməyən dövlətə xəyanət ittiham ilə üzləşiblər və cinayət məsuliyyətinə cəlb olunublar. Bu ittihamların verilməsi üçün heç bir ilkin sübut olmadığından qardaşım da daxil olmaqla adları çəkilən hərbi qulluqçulara və onların tabeçiliyində xidmət etmiş hərbi qulluqçulara, o cümlədən müddətli əsgərlərə ağır və ağlasığmaz işgəncələr verilib, ailə üzvləri və yaxınları ilə hədələniblər. Nəticədə onlar törətmədikləri və sübutu olmayan cinayətləri “etiraf” etmək məcburiyyətində qalıblar.
Cinayət işi Respublika Hərbi Prokurorluğu tərəfindən başlanıb, iş üzrə istintaq aparılıb və sonradan qardaşım da daxil olmaqla adları çəkilən hərbi qulluqçular Füzuli Hərbi Məhkəməsinin 25 iyul 2018-ci il tarxli 1-1(097)-03/2018 saylı hökmü ilə biri ömürlük olmaqla uzun müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. Təəssüflə qeyd etməliyəm ki, istər istintaq dövründə, istərsə də sonradan məhkəmə araşdırması dövründə verilən vəsatətlərin heç biri təmin olunmayıb, istintaqı aparan şəxslərin istintaqı tam, obyektiv və hərtərəfli aparılacağı ilə bağlı verdikləri vədlər yerinə yetirilməyibq. Qardaşım da daxil olmaqla hərbi qulluqçular tərəfindən işgəncəyə məruz qalmaları ilə bağlı məlumatlar tam və hərtərəfli araşdırılmayıb".
Müraciət müəllifi qeyd edir ki, iş üzrə ittiham aktı, Füzuli Hərbi Məhkəməsinin hökmü və yuxarı instansiya məhkəmələrinin qərarları Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədova təqdim edilib: "Övladlarımızın işlərinin yenidən araşdırılması ilə bağlı həm mən, həm də digər valideynlər tərəfindən dəfələrlə Baş Prokurorluğa ərizələrlə müraciətlər edilib. Hazırkı ərizə vasitəsilə bir daha bildirmək istəyirəm ki, ittihamların heç biri mötəbər və bir-birini tamamlayan dəlillərlə sübuta yetirilməyib. Bu işin yenidən araşdırılması adları çəkilən hərbi qulluqçuların cinayət törətmədiyini, onların şərləndiyini ortaya çıxara bilər. Xüsusən də işin hazırda 2021-ci ilin dekabr ayından etibarən şərti olaraq “Tərtər işi” adlandırılan işin təzələnmiş icraatı çərçivəsində yenidən araşdırılması üçün aşağıdakı əsaslar mövcuddur:
1. “Tərtər işi”nə görə hələ 2017-ci ildən həbs edilərək sonradan 10 il müddətinə azadlıqdan məhrum edilmiş və təzələnmiş icraat çərçivəsində yeni ittihamlar elan olunmuş 1-ci ordu korpusunun komandirinin hüquqi məsələlər üzrə müavini Fuad Ramiz oğlu Ağayev ona qarşı irəli sürülən əvvəlki ittihamlarla bağlı məhkəməsində “Tərtər işi” çərçivəsində hərbi qulluqçuların sorğu-suala cəlb edilməsini 2016-cı ilin noyabrında hazırkı sənəddə adları çəkilən hərbi qulluqçulara qarşı irəli sürülmüş ittihamlarla əlaqələndirib. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmündə (qanuni qüvvəyə minərək preyudisial qüvvəyə malikdir) Ağayevin ifadəsindən bu hissəyə diqqət edək: “… bundan bir neçə gün sonra korpus komandiri onu yanına çağırıb və ona bildirib ki, əgər 161 nömrəli hərbi hissədə bu cür hallar varsa, 161 nömrəli hərbi hissə 190 nömrəli hərbi hissənin “stıkında”dır, nə fikirləşdiyini soruşub. O, komandirə tədbirlər görməyi təklif edib və bu barədə təkliflərini verib” (hökm, səhifə 120).
2. Fuad Ağayev verdiyi ifadəsində 161 nömrəli hərbi hissədə baş vermiş hadisə ilə bağlı özünün və 057 nömrəli hərbi hissədən 4 nəfər hərbi qulluqçunun Bərdə rayonunda yerləşən Qarabağ Hərbi Prokurorluğuna getdiyini, onlardan birinin Elçin Əliyev olduğunu, orada mühafizə təşkil etdiyini, bu proses zamanı guya dövlətə xəyanət etmiş şəxsləri aşkarladığını, mühafizədən əlavə dindirimə və digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etdiyini bildirib: “Qarabağ hərbi prokuroru Namiq Muradov xüsusi rabitə vasitəsilə onun telefonuna zəng edərək ondan 161 nömrəli hərbi hissədə hadisə baş verdiyini, bundan xəbəri olub-olmadığını soruşub, o da cavabında xəbərinin olduğunu bildirib.
Namiq Muradov həmin hadisə ilə bağlı 161 nömrəli hərbi hissədəki həmin şəxsi heyətdən 20 nəfər Hərbi Prokurorluğa gətirildiyini, 2-3 gündür onlarla işlədiklərini, çətinlik çəkdiklərini, şəxsi heyətin yorulduğunu, gecə olduğu üçün heç kimə deyə bilmədiyini, orada şəxsi heyətin mühafizəsini təşkil etmək lazım olduğunu bildirmişdir. Namiq Muradova böyük hörməti olduğuna və onun hərbçilərə daim qayğı ilə yanaşmasına görə məsuliyyəti öz üzərinə götürüb 057 nömrəli hərbi hissənin komandirinə zəng edib xüsusi təyinatlı bölükdən normal hərbi qulluqçular göndərməsini, prokurorluqda mühafizədə duracaqlarını bildirib. Özü də komandir əvəzi olmadığı üçün problem yaranmaması üçün evdə istirahətdə olmasına baxmayaraq, sürücünü çağırmayaraq öz şəxsi avtomobili ilə Qarabağ hərbi prokurorluğuna gəlib. Ora 057 nömrəli hərbi hissədən 4 nəfərdən ibarət şəxsi heyət gəlib. Əsgərləri paylaşdırıb koridorda onları elə yerləşdirib ki, bir-birilə əlaqəyə girə bilməsinlər. Kəşfiyyatın hərbi qulluqçularını getməyə qoymayıblar, bildiriblər ki, əsgərlər onların yanında danışmırlar, sorğu-sualla onlardan nə məlumat mümkündürsə alsınlar. 16-17 nəfər əsgər axşama kimi etiraf edib, bu proses zamanı nə döymə, nə də işgəncə olmayıb, hamısı düşmənlə əlaqəni etiraf ediblər.
Respublika Hərbi Prokurorluğunun əməkdaşları həmin əlaqə yoluna baxmaları üçün mütəxəssis verilməsi barədə bildirdikdə o, 057 nömrəli hərbi hissənin Məhərrəm Həsənova müraciət edib, komandir etiraz etsə də, ona məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Əlaqə yoluna baxmağa gedənlərdən biri də indi həbsdə olan Elçin Əliyev olub və istintaq qrupu səngərin üstünə Elçin Əliyevi qaldırıb və o, çəkiliş aparanda ordan düşmən istiqamətinə gedən çığır açıq-aydın görünüb” (hökm, səhifə 118-119). Göründüyü kimi, təkcə Fuad Ağayev deyil, həm də “Tərtər işi” çərçivəsində cinayət məsuliyyətinə cəlb edilmiş və təzələnmiş istintaq çərçivəsində yeni ittihamlar alaraq barəsində həbs qəti-imkan tədbiri seçilmiş Elçin Əliyev də qeyd edilən hadisədən məlumatlıdır, orada yaxından iştirak edib.
3. Baş Prokurorluq tərəfindən 5 sentyabr 2022-ci il tarixdə yayılmış rəsmi məlumatda bildirilib ki, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Şirin oğlu Orucov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Bəkir Orucov mənim qardaşım və digər hərbi qulluqçular saxlanılan zaman xidmətdə olduğu 2-ci ordu korpusunun komandirinin müavini, qərargah rəisi vəzifəsində olub. Sonrakı tarixlərdə onun hərbi qulluqçulara işgəncə verməsi və əsassız azadlıqdan məhrum etməsi praktikası həmin şəxs tərəfindən bu qanunsuz addımların digər hərbi qulluqçulara qarşı da atdığına ciddi ehtimallar yaradır.
4. Bu hərbi qulluqçuların həbsinə, sonradan azadlıqdan məhrum edilməsinə gətirib çıxaran hadisə, yəni guya düşmən hərbi qulluqçuları ilə əlaqəsi olan hərbçilərin aşkarlanması 21 noyabr 2016-cı il tarixdə Elşən Qasım oğlu Qasımovun əvvəl xidmət etdiyi 32 saylı postda qardaşım gizir Lətif Lətifovun hərbi qulluqçu Arzuman Qasımovu güllələməsi olub. İttiham belə əsaslandırılıb ki, Lətif Lətifov Arzuman Qasımovu düşmən hərbi qulluqçularına vermək istəyərkən sonuncu müqavimət göstərdiyindən Lətif Lətifov onu güllələyib. İş üzrə əldə edilmiş ekspertiza rəylərinin heç birində Arzuman Qasımova atılmış güllələr barədə məlumat yoxdur, onların sayı və kalibri müəyyən edilməyib.
5. İş materiallarında qeyd edilir ki, guya Arzuman Qasımov hadisədən öncə əmisinə zəng vuraraq xidmət yerində hərbi qulluqçu yoldaşlarından şübhələndiyini bildirsə də, nəinki bu məzmunda olan söhbətin baş verdiyi, heç belə bir zəngin edildiyini sübut edən heç bir dəlil iş materiallarında mövcud deyil.
6. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İlahim Akif oğlu Rüstəmovun ifadəsində qeyd edilib ki, 2016-cı ilin oktyabr ayının sonlarında bu iş üzrə həbs edilərək 20 il müddətinə azadlıqdan məhrum edilmiş gizir Lətif Lətifov mobil telefonla ona zəng edərək “Əlimanova de ki, əsgər Nəcəf Məhərrəmovu yanıma göndərsin, Qarayev istəyir” dedikdə Zamiq Əlimanova yaxınlaşaraq Lətif Lətifovun zəng etdiyini, “Qarayev”in əsgər Nəcəf Məhərrəmovu istədiyini, Nəcəf Məhərrəmovu 32 nömrəli döyüş postuna göndərməsini deyib. Sual yaranır ki, əgər Lətif Lətifov Əlimanovla artıq düşmənə işləyirlərsə, niyə Lətif Lətifov Əlimanovun mobil telefonuna deyil, İlahim Rüstəmovun mobil telefonuna zəng edib? Digər tərəfdən Lətif Lətifovun mobil nömrəsindən 2016-cı ilin oktyabr ayının sonlarında həqiqətən də İlahim Rüstəmovun mobil telefon nömrəsinə zəng edildiyi araşdırılmayıb. Halbuki bunu telefon nömrələrinin məxsus olduğu şirkətə sorğu göndərməklə qısa müddət ərzində dəqiqləşdirmək mümkün idi. Eyni sual və araşdırma imkanı ifadənin digər hissəsinə də aiddir. İfadənin son hissələrində qeyd edilir: "Vüqar Abdulzadə həmin gün 32 nömrəli döyüş postundan qayıdarkən əhvalı pis olduğundan İlahim Rüstəmovun gizir Lətif Lətifova mobil telefonla zəng edib, Vüqar Abdulzadənin kefsiz olmasının səbəbini soruşub. Onu da xüsusi olaraq vurğulamalyıq ki, İlahim Rüstəmov 12 mart 2023-cü il tarixli ərizə ilə Ali Baş Komandan, cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə və Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini cənab Qasım Məmmədova müraciət edib. Ərizəsi vasitəsilə bildirib ki, o 2016-cı ilin dekabr ayının əvvəllərində Qarabağ Hərbi prokurorluğuna aparılıb, orada ağır işgəncələrə məruz qalıb, ailəsi və həyat yoldaşı ilə hədələnib və nəticədə ağrılara dözməyərək olmayan hadisə barədə yalan ifadəyə imza atmağa məcbur qalıb. Bu ifadə hökmün 56-57-ci səhifələrində öz əksini tapır. Qeyd edilən ərizə hazırlanarkən İlahim Rüstəmov bildirib ki, o, Lətif Lətifovu yaxından tanımayıb və onlar arasında amobil telefon vasitəsilə əlaqə olmayıb. Yeri gəlmişkən adı qeyd edilən hərbi qulluqçu – İlahim Akif oğlu Rüstəmov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən istintaqı təzələnərək aparılmış cinayət işi çərçivəsində 2017-ci ilin may ayında işgəncələrə məruz qaldığından zərərçəkmiş şəxs qismində tanınıb".
Şikayətçi müraciətinin sonunda qeyd edilənlərin nəzərə alınmasını, qardaşı Lətif Ziyad oğlu Lətifova və onunla birlikdə həbs edilmiş daha 4 hərbi qulluqçuya qarşı 2016-ci ilin noyabr ayında irəli sürülmüş ittihamlar üzrə cinayət işinin yenidən araşdırılması üçün müvafiq hüquqi addımların atılmasına göstəriş verilməsini xahiş edir.
Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:30-05-2023, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər