reklam
Regionxeberlericom.az » Araşdırma » Büdcəyə yenidən baxılmasını şərtləndirən amillər

reklam

Büdcəyə yenidən baxılmasını şərtləndirən amillər
















2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub.

Maliyyə Nazirliyinin yaydığı məlumata 's'sn büdcəyə yenidən baxılmasını şərtləndirən amilləri təqdim edir:

 - İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin aparılması, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkildə öz ata-baba yurdlarına qaydışının təmin edilməsi, bu zəmində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının sürətləndirilməsi;

- Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi, ölkə daxilində və xaricində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, dünyada gedən geosiyasi proseslərə, artan təhdidlərə və təhlükələrə, habelə qonşu dövlətlər tərəfindən Azərbaycan Respublikasına qarşı baş qaldıra biləcək istənilən  təhdidin qarşısının alınması üçün hazırlıq səviyyəsinin yüksəldilməsi; 

- Beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi;

- Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların bölünməsini gündəmə gətirir.




Paylaş:


Müəllif : Tarix:
30-05-2023, 14:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər