Azərbaycanın İtaliyadan alacağı hərbi təyyarələrin - Qiyməti və xüsusiyyətləri
Xəbər verildiyi kimi, Azərbaycan müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanovun İtaliyaya səfəri çərçivəsində bu ölkədən “C-27J Spartan” hərbi nəqliyyat təyyarələrinin alınması haqqında müqavilə imzalanıb.
Azərbaycanın alacağı “C-27J Spartan” İtalya-ABŞ müştərək taktiki hərbi nəqliyyat təyyarəsidir.
Bu təyyarə “Alenia G.222” təyyarəsinin əsasında yaradılıb. İlk uçuş 1999-cu ildə baş tutub. 2020-ci ilə qədər 87 ədəd təyyarə hazırlanıb.
Təyyarənin ekipajı 2 nəfərdən ibarətdir. Sərnişin tutumu isə 60-a qədər əsgər və ya 46 paraşütçüdan, həmçinin 36 yaralı və 6 nəfərlik tibbi heyətdən ibarət ola bilər.
Yükgötürmə qabiliyyəti 11,5 ton, uzunluq 22,7 metr, qanad genişliyi 28,7 metr, hündürlüyü isə 9,64 metr təşkil edir.
Hazırda “C-27J Spartan” təyyarəsinin xidmətlərindən Avstraliya (12 ədəd), Bolqarıstan (3 ədəd), Yunanıstan (8 ədəd), Zambiya (2 ədəd), İtaliya (12 ədəd), Litva (3 ədəd), Mərakeş (4 ədəd), Meksika (4 ədəd), Peru (2 ədəd), Rumıniya (6 ədəd) ABŞ (4 ədəd), Türkmənistan (2 ədəd) və Çad (2 ədəd) istifadə edir.
Qeyd olunur ki, hazırda “C-27J Spartan” təyyarəsinin bir ədədinin qiyməti təxminən 80 milyon dollara bərabərdir. Təyyarənin qiyməti yük və sərnişin daşımalarında istifadə olunmasına görə dəyişir.
Məsələn, Sloveniya 2021-ci ildə bir ədəd “C-27J Spartan” təyyarəsi üçün 82 milyon dollar ödəyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-06-2023, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər