Kərəm Həsənovun əmisi oğlunun yeri dəyişdirildi – İşçiləri söydüyü üçün
Qaradağ Su Kanal İdarəsinin sədri İman Həsənov “Azərsu”nun Bakı şəhər Nizami rayon idarəsinə sədr vəzifəsinə təyin olunub. Qaradağ rayonunun paytaxtdan aralıda yerləşdiyini nəzər alsaq, İ.Həsənovun bu transferinin əslində mükafat olduğu aydınlaşır.
“Hürriyyət” qəzeti bu haqda yazır ki, sözgedən mükafatlandırmanın ilginc bir səbəbi var. Sən demə, İman Həsənov öz işçiləriylə küçə söyüşü ilə danışdığı üçün bu iltifata layiq görülüb.
Məsələ burasındadır ki, Qaradağ Su Kanal İdarəsinin keçmiş, Nizami rayon su idarəsinin indiki sədri söyüşkən olduğundan gündə bir neçə dəfə təhqirə məruz qoyduğu işçiləri durmadan “Azərsu”ya şikayət edirmişlər. Şikayətlərin getdikcə artdığını görən şirkət rəhbərliyi sonunda idarə rəisini yerindən tərpətmək qərarına gəlib. Məlumata görə, bir neçə gün öncə “Azərsu”nun mərkəzi ofisinə dəvət olunan İman Həsənov şəxsən şirkətin sədri Qorxmaz Hüseynovla görüşüb. Qorxmaz Hüseynov isə ona artıq Qaradağda işləməsinin mümkün olmayacağını başa salıb və onu Nizami rayonuna transfer etmək istədiyini bildirib. Amma bir şərtlə. İman Həsənov gərək Nizami rayonunda özünü yaxşı apara, heç kimi söyməyə.
Qorxaz Hüseynovun bu təklifi ilə razılaşan İman Həsənov ona bir daha işçilərini söyməyəcəyinə dair söz verib. Məhz bu sözdən sonra transfer baş tutub: İman Həsənov Nizami rayonunun idarəsinə, həmin idarənin sədri isə “Qaradağ Su Kanal”a rəhbər vəzifəsinə göndərilib. Bir sözlə, bir sıra icra hakimiyyətlərində olduğu kimi, idarə rəhbərlərinin yeri dəyişdirilib.
İman Həsənovun məhz Nizami rayonuna göndərilməsi də səbəbsiz deyilmiş. Bildirilir ki, Bakının yeni meri həmin rayonda yaşayır və bu səbəbdən də rayonun icra strukturlarına ciddi nəzarət altında saxlayır. Üstəlik, Qorxmaz Hüseynovun müavinlərindən bir də bu rayonun sakinidir. İman Həsənovun sözügedən rayonda məsul vəzifəyə təyin olunması da elə bununla bağlıdır. O, nəzarət altında tutulmalı və öz üzərində ciddi diqqətin olduğunu görüb söyüşləriylə ətraf mühiti narahat etməməlidir. Bir sözlə, İman Həsənov çətin islahedilən birisi olduğundan “Azərsu” rəhbərliyi bu cür “tərbiyəvi metod”a əl atmaq məcburiyyətində qalıb.
Bəs, görəsən, İman Həsənovu bu qədər qəhət şəxsiyyətə çevirən nədir ki, “Azərsu” rəhbərliyi onun üzərində əsir, tamamilə işdən uzaqlaşdırmağı ağlının ucuna belə gətirmir.
Qəzet bunu İ. Həsənovun Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla qohumluğu ilə əsaslandırır. Məgər ki, İman Həsənov Kərəm Həsənovun doğma əmi oğlu imiş və “baş əlmakçı” söyüşkən qohumuna öz yanında müvafiq iş tapa bilmədiyindən onu su-kanalizasiya idarələrindən birinə rəhbər vəzifəyə təyin etmək üçün Qorxmaz Hüseynova ağız açmalı olub. Qorxmaz Hüseynov da Kərəm Həsənovun sözünü yerə salmayıb əmi oğluna uyğun iş axtarmaq məcburiyyətdə qalıb. Əvvəl gözdən uzaq yer sayılan Qaradağa göndərilən İ.Həsənov burda ümidləri doğrultmadığından göz önünə gətirilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-03-2019, 13:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-03-2019, 13:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24