Rusiyanın Azərbaycandakı yeni səfiri kimdir? - DOSYE
Rusiya Prezidenti Vladimir Putin Azərbaycana yeni səfir təyin edib. Putinin fərmanına əsasən, Mixail Nikolayeviç Yevdokimov Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
RegionXəbərləricom.az Oxu-ya istinadla xəbər verir ki, o, yeni təyinata qədər MDB ölkələrinin Birinci Departamentinin direktoru olub.
Diplomatın qısa dosyesini oxucuların diqqətinə təqdim edirik:
Mixail Yevdokimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis və fransız dillərini bilir.
O, 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemindədir. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə, o cümlədən İqtisadi Əməkdaşlıq Departamentində şöbə müdiri (1996-97), Rusiyanın BMT yanındakı Daimi Nümayəndəliyi və Cenevrədəki digər beynəlxalq təşkilatlarda baş məsləhətçisi (1997-2001), Avropa Əməkdaşlıq Departamentinin şöbə müdiri (2001-02), Avropa Əməkdaşlıq Departamentinin direktor müavini (2002-11), MDB ölkələri üzrə birinci departamentin direktor müavini (2011-ci ilin may-noyabr ayları) olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-06-2023, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər