reklam
Regionxeberlericom.az » Araşdırma » Priqojindən Şoyquya gələn hədələr və: - Putin niyə susur?

reklam

Priqojindən Şoyquya gələn hədələr və: - Putin niyə susur?















“Vaqner” hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin növbəti dəfə "qırmızı xətti" keçərək dedi: əgər Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Vaqner”ə basqı etmək qərarına gəlsə, öləcək. Bu bəyanat Müdafiə Nazirliyinin bütün “könüllüləri” Rusiya Silahlı Qüvvələrinin sıralarına qatmağa məcbur etmək qərarına gəlməsinə cavab olaraq verilib.

Priqojin çox açıq şəkildə eyham edir ki, Şoyqunun təkbaşına təzyiq edə bilməz (o, onu birbaşa “Tuva degenerasiyası” adlandırır). Şoyqunun arxasında kim dayanır? Nə qədər qəribə səslənsə də, hələlik heç kim dayanmır. Hələlik bu iki nəfərin müharibəsidir. Ancaq “Vaqner”ə təzyiq etmək istəyən də, Şoyqunun kreslosunda oturmaq istəyən də çoxdur.

Priqojin niyə Surovikinin adını çəkir? Həqiqətən, çıxışında o, yalnız Surovikinin əmrlərini yerinə yetirdiyini və sonuncunun yeganə ağlabatan general olduğunu bildirir.

Bu vurğunun üç səbəbi ola bilər.

Birincisi, Surovikinin artıq Gerasimovla gərgin münasibəti var və onun “Vaqner”lə birlikdə “məhvi” mümkündür, yəni bu, döngədən qabaqda olan oyundur.

İkincisi, "H" günü gələndə manevr sahəsi ola bilər. Fövqəladə vəziyyətdə, Surovikin-Priqojin cütlüyü ilə "danışıqlar" aparıla bilər və onlar bəzi tələbləri yerinə yetirməyə söz verəcək, eyni zamanda, simasını itirmədən vəziyyətdən çıxa biləcəklər.

Və üçüncü variant: Priqojin sadəcə olaraq, Surovikindən həyasızcasına istifadə edir.

Dünən də bir versiya ortaya çıxdı ki, Priqojini tora salmaq üçün ona qubernator vəzifəsi təklif olunacaq. “Tor”a gəlincə, biz Saakaşvili nümunəsini gördük, o zaman qubernatorluq vəzifəsi ona nə istəyirsə deməyə mane olmurdu. Priqojinin qubernatorluğu ilə bağlı deyilənlər cüzi də olsa doğrudursa, onun hansı korrupsiya sxemlərindən danışacağını təsəvvür etmək olar.

Putin niyə indiyə qədər susur? Fakt budur ki, susub küncdə gözləmək Putinə xas xüsusiyyətdir. Qorxaq olduğundan o, başqaları arasındakı münasibətlərlə bağlı qərar verməkdən də, onlardan ayrılmaqdan da qorxur.

Ancaq bir şey də var: Priqojin-Şoyqu münaqişəsi (bir çox oxşar münaqişələr kimi) insanların Putinin vəziyyəti yoluna qoymasını gözlədikləri bir oyun kimi düşünülmüşdü. Bu dəfə Putinə generalları rahatlıqla trollayan biri lazım olacaq ki, onların enerjisi saray oyunlarına yox, bir-biri ilə savaşa getsin. Və sonra vəziyyət standart olmaqdan çıxdı. Putinə ultimatum veriləndə kəskin qərar qəbul etmək lazım idi. Amma Putin üçün çox xoşagəlməz vəziyyətdir: ya birini, ya digərini seçməlisən. O, psixotipinə görə belə ultimatumlara dözə bilmir.

Oyunun digər iştirakçısı Kadırovdur. Bir neçə ay əvvəl siyasi oyunlarını oynamağa başlayan, hətta Milli Qvardiyanın rəisinin formasını geyinməyə cəhd edən Kadırov yenidən Çeçenistana göndərildi. Kifayət qədər sərt formada onun yerini göstərdilər və o, bu oyun qaydalarını qəbul etdi. Priqojinlə bağlı hazırkı vəziyyət Kadırov üçün yenidən Rusiya gündəminə düşmək üçün bir şansdır.

Əvvəllər o, müstəqil olaraq padşaha mane olanlara yalvaran padşahın iti rolunu öz üzərinə götürdü. Lakin Kadırov ilk hərəkətini çox primitiv etdi və cavab aldı ki, Priqojinin adamları birinci və ikinci çeçen müharibələrini xatırlayırlar və Kadırovlar klanı kimin tərəfində vuruşurdular, bilirlər. Priqojin indiki reallıqlarda rusların və çeçenlərin müxalifəti haqqında açıq danışmağa başladı.

Əgər yaxın siyasi söhbətlərdən imtina etsək, çeçenlərin və “vaqnerçi”lərin yaxın gələcəkdə Rusiyanın kriminal aləmində rəqib ola biləcəyi ehtimalı yüksəkdir. Təbii ki, buna nəzarət etmək lazımdır, lakin heç kim Rusiyanın etniklərarası kriminal bölgüsünü ləğv etməyib. Priqojin ilk dəfə çeçenlərin bu dünyada dominant rolundan narazılığı barədə yüksək səslə danışdı.

Bundan sonra nə olacaq?

Sistem elə qurulub ki, hələlik heç bir qərar qəbul etmək istəməyən Putinin göstərişi olmadan heç kim nə edəcəyini başa düşmür. İdeal həll yolu Priqojini öldürməkdir, amma Putindən heç bir əmr yoxdur.

Buna baxmayaraq, Şoyqunun özü belə demək mümkünsə, Putinə ultimatum verdi: bu məsələ iyulun 1-dək həll olunmalıdır. Daha doğrusu, Şoyqunun ağzı ilə Priqojinə salamlarını çatdıran və “Mən bu sirki tamamlamalıyam” deyən Putinin özü idi. Ona görə də yüksək ehtimalla deyə bilərik ki, Putin avqusta qədər susacaq.

Priqojin nə edəcək? Onun ehtiyat variantı var: “vaqnerçilər”in bir hissəsini onların qarşısında bütün şərtlərin yerinə yetiriləcəyinə dair Surovikinin şəxsi zəmanəti ilə Müdafiə Nazirliyinə təhvil vermək. Ancaq eyni zamanda, unutmaq olmaz ki, “vaqnerçilər”rin hərbi imkanları indi nisbətən kiçikdir və onları Müdafiə Nazirliyinə keçirsən belə, Müdafiə Nazirliyini tənqid etmək üçün heç bir siyasi imkanın itirmir (məsələn, kiminsə ölümə necə göndərildiyini hər gün demək olar). Avqustun 1-dən sonra o, hələ də siyasətdə qalacaq. Və burada əsas məsələyə qayıdırıq: Putin Priqojinin sıradan çıxarılması (ölümü və ya həbsi) üçün göstəriş verəcəkmi? Burada isə cavab sadədir: nə qədər ki, Putin şəxsi təhlükə hiss etmir, bu addımı atmayacaq. Çünki Priqojin onun üçün hələ də tarazlıq sisteminin bir hissəsidir. Beləliklə, şou davam etməlidir.

Müəllif: Vadim Denisenko - "Ukrayna Gələcəyin İnstitutu" Analitik Mərkəzinin icraçı direktoru.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur




Paylaş:


Müəllif : Tarix:
16-06-2023, 09:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər