reklam
Regionxeberlericom.az » Araşdırma » "Budların kökəlməsi bu xəstəliyi artırır" - ABŞ alimləri

reklam

"Budların kökəlməsi bu xəstəliyi artırır" - ABŞ alimləri

















Demans - əqli çatışmazlıq adətən, yaşlı insanlarda müşahidə olunur. Pittsburq Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, bədənin əzələlərindəki piy səviyyəsi (əzələ piylənməsi) insanın yaşla idrak qabiliyyətinin zəifləməsi ilə birbaşa əlaqəlidir.

"Medicina" xəbər verir ki, tədqiqatçılar 69-79 yaş arası 1634 yaşlı insanda bud əzələlərinin yağ tərkibini qiymətləndiriblər. Ölçmələr beş il ərzində aparılıb.

Alimlər müəyyən ediblər ki, əzələ yağının tədricən artması koqnitiv funksiyaların, xüsusən də təfəkkür və yaddaşın daha sürətli və kəskin azalması ilə əlaqələndirilir. Nəticələr kişilər və qadınlar üçün eyni idi.

Koqnitiv pozğunluq riski ümumi çəkidən, bədən yağının faizindən və əzələ xüsusiyyətlərindən (məsələn, əzələ gücü və ya əzələ kütləsi) və ya demans üçün ənənəvi risk faktorlarından asılı deyildi.

Araşdırmalara görə, əzələ piyləri digər yağ növlərindən və ya digər əzələ xüsusiyyətlərindən fərqli olaraq, idrak qabiliyyətinin azalmasında mühüm rol oynayır.

Növbəti addım əzələ yağının, əzələ piylənməsinin azaldılmasının demans riskini azaldıb-azaltmayacağını təyin etməkdir.




Paylaş:


Müəllif : Tarix:
22-06-2023, 08:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər