Priqojinə qarşı cinayət işinə xitam verilməyibmiş
“Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinə qarşı silahlı üsyanın təşkili ilə bağlı cinayət işinin istintaqı dayanmayıb.
Bu barədə TASS-a Rusiya Baş Prokurorluğuna yaxın mənbə məlumat verib.
“Priqojinlə bağlı cinayət işi dayanmayıb. İstintaq davam edir”, - mənbə bildirib.
Qeyd edək ki, Yevgeni Priqojin iyunun 23-də axşam saatlarında rəhbəri olduğu “Vaqner” Özəl Hərbi Şirkətinin 25 minlik ordusu ilə Rusiya Müdafiə Nazirliyini silahlı birləşmənin mövqelərinə raket zərbəsi endirməkdə ittiham edərək qisas üçün Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. Onun bu açıqlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaq idarəsində Priqojin barəsində silahlı qiyama cəhd maddəsi ilə cinayət işi açılıb. Yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojin Moskva istiqamətində yürüşü dayandırıb. Kremlin sözçüsü Dmitri Peskov Priqojin barəsində açılan cinayət işinə xitam veriləcəyini, onun Belarusa gedəcəyini, “Vaqner” üzvlərinin isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağını söyləyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-06-2023, 15:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər