reklam
Regionxeberlericom.az » Araşdırma » İsrail KİV Bakıdakı terror cəhdində İranı günahlandırır - Təfərrüat

reklam

İsrail KİV Bakıdakı terror cəhdində İranı günahlandırır - Təfərrüat

















Daha əvvəl xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

DTX-nin məlumatına əsasən, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Lakin rəsmi açıqlamada səfirlyinin hansı ölkənin olması bildirilmir.

Daha əvvəl saytımızda həmin ölkənin İsrail olması ehtimalı ilə bağlı məlumat dərc edilib.

Belə ki, paylaşılan video materialdan belə başa düşülür ki, barəsində bəhs olunan üçüncü ölkə İsrail səfirliyi ola bilər. Videoda terror aktını törətməyi planlaşdırdığı deyilən şəxsin çəkdiyi sxemdən də bunu açıq şəkildə görmək mümkündür. Əl ilə çəkilən sxemdə 4 obyekt yer alır. Həmin obyektlərdən yalnız biri - qarşısına “İ” hərfi yazılan obyekt xüsusi olaraq işarələnib. “Google Maps” üzərindən baxıldığı zaman məlum olur ki, işarələnən yerin İsrail səfirliyi olma ehtimalı olduqca yüksəkdir.

Bakıda keçirilən əməliyyatla bağlı İsrailin “i24 news” saytında da məlumat dərc edilib.

“DTX hansı səfirliyin hədəf alındığını birbaşa açıqlamayıb, lakin yayılan görüntülərə görə agentlər cinayətkarı İsrailin Bakıdakı səfirliyinin çox yaxınlığında tutublar. Videoda DTX Xanın səfirliyin yerləşdiyi “Hyatt Regency” otel kompleksinin ətrafında müşahidə aparmasını diqqətlə izləyir və lentə alır.

İşin hər tərəfində İran barmaq izləri var, sanki Tehran bu işdə iştirakının heç bir izini gizlətmək istəməyib. Hadisəni törədən şəxsin əvvəllər belə terror aktları törətməyə “cəhd etmiş” və 10 il müddətinə azadlıqdan məhrum edilmiş “digər qardaşların” adını çəkməsi kifayət qədər aydındır. Bakıda israillilərə hücum etmək cəhdlərinin hamısı Tehran, daha dəqiq desək, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlanmışdı”, - məlumatda bildirilib.




Paylaş:


Müəllif : Tarix:
12-07-2023, 14:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər