reklam
Regionxeberlericom.az » Araşdırma » Maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video

reklam

Maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video
















FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Saatlının Mollavəzili kəndində maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

Fərdi sahibkar Fikrət Ağaquliyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı maye qazdoldurma məntəqəsində istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazlarının, qoruyucu qurğuların yoxlanılmadığı və həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Aşkar olunan nöqsanların yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.





Paylaş:


Müəllif : Tarix:
15-07-2023, 11:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər