Azərbaycan hökuməti onlara təzminat ödəyəcək - Siyahı + Məbləğlər
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyul ayının 20-də Azərbaycanla bağlı 5 qərardadını elan edib.
RegionXəbərləricom.az aihmaz.org-a istinadla xəbər verir ki, qərardadlar hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və tərəflərin dostca anlaşmaları əsasında çıxarılıb.
Azad Həsənov və Əbülfəz Sadıqov Azərbaycan qarşı;
Hər iki ərizəçi məhkəməyə qədər həbs edilmələrinin qanunsuz olduğunu, Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan azadlıq və toxunulmazlıq hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər. Tərəflər arasında dostca anlaşma ilə bağlı müzakirələrin uğursuz olmasının ardınca, hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib – bəyannamədə iddia olunan pozuntular etiraf edilib. AİHM bəyannaməni diqqətə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Həmin qərara görə, hökumət ərizəçilərin hər birinə 3500 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.
Ramin Əhmədli və Başqa 3 ərizəçi Azərbaycana qarşı;
Bu işdə ərizəçilər Konvensiyanın 6-cı və 11-ci maddəsinə əsaslanaraq, ictimai aksiyanın təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional müdaxilələrdən, bununla bağlı daxili məhkəmə icraatlarının ədalətsizliyindən şikayət etmişdilər. Tərəflər kommunikasiya öncəsi dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərdən Ramin Əhmədli, Bəşir Tarıverdiyev, Nurlan Qəhrəmanlıya 2850 avro, Xanov Musayevə isə 3900 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəniləcək.
İmran Əliyev Azərbaycana qarşı
Bu işin mövzusu ərizəçinin ölkədən çıxışına “stop” qoyulması idi. İşin hallarına görə, ərizəçi ölkədən çıxmaq istəyərkən saxlanılmış və ona ölkədən çıxış yasağının tətbiq edildiyi bildirilmişdi. Ərizəçi AİHM qarşısında Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunu qaldırmışdı. Bu işdə də tərəflər dostca anlaşıblar, anlaşmaya görə, ərizəçiyə 1500 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.
Abdulla Mahmudov və Başqa 5 ərizəçi Azərbaycana qarşı;
Bu işdə də ərizəçilər Konvensiyanın 6-cı və 11-ci maddəsinə əsaslanaraq, ictimai aksiyanın təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional müdaxilələrdən, bununla bağlı daxili məhkəmə icraatlarının ədalətsizliyindən şikayət etmişdilər. Tərəflər kommunikasiya öncəsi dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə (Abdulla Mahmudov, Ramid Nağıyev, Orxan Salamzadə, Emil Salamov, Aydın İsayev, Vahid Məhərrəmov) 2850 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəyəcək.
Fidan Rüstəmova Azərbaycana qarşı
Bu iş ödənilməmiş borclarına görə, ərizəçinin ölkədən çıxışına yasaq qoyulması və habelə, sözügedən olaylarla bağlı məhkəmə prosesinin ədalətli olmaması iddiaları ilə bağlı idi. Ərizəçi AİHM qarşısında Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin və Konvensiyanın 6-cı maddəsinin pozuntusunu mübahisələndirmişdi.
Bu iş üzrə qərardad da tərəflərin dostca anlaşmasına əsaslanır. Qərardada görə, ərizəçiyə tətbiq edilən səyahət qadağası ləğv edilməli, ərizəçiyə 6000 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-07-2023, 14:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər